Alyansda olduqlarına görə ödəniş etməyən NATO üzvlərini ABŞ qorumayacaq.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.
“Mən Brüsseldə onlara işarə etdim ki, əgər siz ödəniş etmirsinizsə, burada da olmayacaqsınız. Biz ödəniş etməyən hansısa ölkə ucbatından III Dünya müharibəsinin ortasına düşürük. Biz Almaniyanı qoruyuruq. Orada 40 min əsgərimiz var və heç kim bunu bilmir. Mən ona deyirəm ki, bizə bir qədər verin. O isə cavab verir ki, bu, alman xalqının xoşuna gəlməyəcək. Mən isə ona, “Bilirsən nə var? Etdiyiniz hərəkət Amerika xalqının xoşuna gəlmir” cavabını verirəm”, – deyə o bildirib./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?