GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putindən mühüm Ankara etirafı - Qarabağ Fələstin deyil, ancaq...

Putindən mühüm Ankara etirafı - Qarabağ Fələstin deyil, ancaq...

Tarix: 13-12-2017, 11:54 Bölmə :Dünya Baxış: 310
Putindən mühüm Ankara etirafı - Qarabağ Fələstin deyil, ancaq...


Rusiya lideri ərəb-İsrail münaqişəsinin həllinin BMT qərarlarına əsaslanmalı olduğunu bəyan elədi, bəs Qarabağa dair qətnamələr? Moskvanın “ikili standart” yanaşması dəyişə də bilər, əgər...; Kremlin arxasında durduğu işğalçı Ermənistanın isə xarici borcu artır...

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri bir sıra maraqlı detallar və mühüm məqamlarla yadda qaldı. Hansılar ki, dolayısıyla Azərbaycan kontekstində də əhəmiyyətli hesab oluna bilər. Onlardan biri də Kreml başçısının ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləməsi haqda qərarına türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla eyni mövqe sərgiləməsi oldu.

Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bununla bağlı deyib: “Rusiya hesab edir ki, ərəb-İsrail nizamlanması müstəsna olaraq və bütünlüklə əvvəllər BMT çərçivəsində qəbul edilmiş qərarlar çərçivəsində həyata keçməlidir. Qüdsün konkret statusu isə Fələstin-İsrail birbaşa danışıqlarının predmeti olmalıdır... ABŞ-ın qərarı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək”.

*****

Qeyd edək ki, əsas problem də elə BMT Təhlükəsizlik Şurasının 1949-ci ildə Fələstin ərazisində iki dövlətin yaradılması və Qüdsün iki paytaxt üçün iki yerə bölünməsi (1967) haqda qətnamələri ilə bağlıdır. Ancaq on illərdir bu sənədlər İsrail dövləti tərəfindən icra olunmur. Fələstin dövlətinin yaradılması da bu və digər səbəblərdən yekunlaşa bilmir.

Təbii ki, məsələdə dünyanın 1 nömrəli supergücü ABŞ-ın İsrailin əsas müttəfiqi olması faktı həlledici önəm daşıyır. Prezident Donald Trampın ötən həftə Qüdslə bağlı elan elədiyi qərar isə bir daha əminlik yaradır ki, münaqişə (“xəmir”) hələ çox “su” aparacaq. Həm də o səbəbə ki, nə ABŞ-ın NATO və Avropa Birliyi (AB) üzrə müttəfiqləri, nə də digər əksər ölkələr Trampən qərarını dəstəkləyir.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahunun bu məqsədlə 22 ildə ilk dəfə Avropa Birliyinə elədiyi səfər nəticəsiz bitib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, Avropa Birliyi rəsmiləri Netanyahunun təşkilata üzv dövlətlərin də ABŞ kimi öz səfirliklərini Qüdsə köçürmək və Qüdsü İsrailin paytaxtı kimi tanımaq xahişini geri çevirərək, onu ümidsiz yola salıblar. Bununla bağlı AB diplomatiyasının başçısı Federika Moqerini deyib: “Hesab edirik ki, İsraillə Fələstin arasında konfliktin yeganə real həlli iki xalq üçün iki dövlətin yaradılması və Qüdsün həm İsrailin, həm də Fələstin dövlətinin paytaxtı olması ola bilər”.

*****

İslam dünyasının, Türkiyənin, Rusiyanın ardınca Avropa Birliyinin də faktiki şəkildə eyni mövqe bildirməsi Dağlıq Qarabağ məsələsi üçün də prinsipial əhəmiyyət kəsb edir. Çünki məsələdə sövq-təbii BMT qətnamələrinin önəmi artmış olur. Hansı təşkilat ki, Dağlıq Qarabağa, erməni işğalına dair də analoji sənədlər qəbul edib.

Təəssüf ki, İsrail-Fələstin münaqişəsinin həllində BMT sənədlərinin vacibliyindən danışan Vladimir Putin (“Dil çaşıb düzünü deyər”) Qarabağ məsələsinə gələndə nədənsə BMT qətnamələri yadına düşmür, “tərəflər razılıq əldə eləsin, biz qarant duraq” kimi şablon bəyanatlar səsləndirir. Yaxud da Rusiya rəsmiləri separatçılığa, işğalçıIığa don geydirmək üçün “üç prinsipli həll”i (ərazi bütövlüyü, güc işlətməməklə hədələmə, öz müqəddəratı təyinetmə) Azərbaycana sırımaq istəyirlər.

Bu yöndə daha da qabağa gedən Rusiya XİN başçısı, erməni kökənli Sergey Lavrovun canfəşanlığı xüsusi diqqət çəkir - hansı ki, bu ilin əvvəllərində “Dağlıq Qarabağda əməliyyatlar Azərbaycanın daxili işi deyil” deməklə həm də ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına almağa çalışıb.

Odur ki, Azərbaycan bundan sonra da Qarabağ məsələsi ilə bağlı beynəlxalq sənədlərdə məhz ərazi bütövlüyü və suverenliyin əks olunmasını özünün əsas prioritetlərindən biri hesab eləməli, erməni işğalı ilə bağlı “ikili standart” yanaşmasına imkan verməməlidir. Necə ki, Bakı AB-nin son Brüssel sammitinin yekun bəyannaməsində buna nail oldu. Xüsusən də Rusiyanın, Putinin Dağlıq Qarabağ məsələsinə “ikili standart” yanaşmasından uzaqlaşdırmaq üçün qardaş Türkiyənin Rusiyaya, Ərdoğanın isə Putinə getdikcə artan təsirləri mühüm rol oynaya bilər.

Trampın Qüds qərarından sonra baş verənlər də bir daha göstərdi ki, BMT qətnamələri nə qədər dişsiz sayılsa da, yeri gələndə onlar yada düşür, hələ o yana da keçir - üstündən 70 il ötməsinə rəğmən. Biz də Putinin dilindən tutub, onu Qarabağ məsələsində də BMT sənədlərinə sayğılı olmağa çağırmalıyıq. Eləcə də digər vasitəçi dövlətlərin rəsmilərini...

*****

Bu arada məhz “ikili standart” yanaşması üzündən həlli uzanan Qarabağ münaqişəsi nəticəsində Ermənistanın - Rusiyanın arxasında durduğu işğalçı ölkənin xarici borcu artmaqdadır. “Yeni Müsavat” erməni nəşri “Joxovurd”a istinadən xəbər verir ki, təkcə noyabr ayında borc 108 milyon dram (62 milyon 700 min dollar) artaraq 6 milyard 404 milyon 700 min dollara çatıb. Məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb.

Nəşr qeyd edir ki, Ermənistanın ümumi dövlət borcunda xarici borc 5 milyard 115 milyon, daxili borc isə 1 milyard 289 milyon dollar təşkil edır. Aydındır ki, bu da son göstərici deyil. Ermənistanın izolyasiyası davam etdikcə, iqtisadi inkişaf üçün şərtlər əlçatmaz olduqca, ən əsası, İrəvan Moskvanın Güney Qafqaz siyasətinin yedəyində getdikcə, təcavüzkar ölkənin durumu ildən-ilə daha da pisləşəcək.

Əlavə edək ki, Ermənistanın xarici borcu ölkənin ümumi illik büdcəsindən (2.63 milyard dollar) az qala, iki dəfə artıqdır və bu fərq də ildən-ilə böyürür./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi - QÜDSLƏ BAĞLI

    ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi ...

    9-12-2017, 18:16

  • 
  • ABŞ Putinə Suriyada uduzdu: Trampın biabırçı revanşı...

    ABŞ Putinə Suriyada uduzdu: Trampın biabırçı ...

    9-12-2017, 11:50

  • 
  • Ərdoğanla Olland Qarabağı müzakirə etdi

    Ərdoğanla Olland Qarabağı müzakirə etdi ...

    31-10-2014, 17:31

  • 
  • Bakıdan Trampın Qüds qərarına – Münasibət

    Bakıdan Trampın Qüds qərarına – Münasibət ...

    7-12-2017, 11:30

  • 
  • Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

    Ərdoğan: "Trampın Qüds qərarının həyata ...

    10-12-2017, 19:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu