Odessanın sabiq qubernatoru Mixail Saakaşvili prezidentlik ambisiyalarının olmadığını, amma nazirlər kabinetinə başçılıq etməyə hazır olduğunu bildirib.
Avropa.info xəbər verir ki, o, bunu ukraynalıların prezidenti ukraynalı olmalıdır” prinsipi ilə əsaslandırıb.
“Mən normal Ukrayna hökuməti üçün birmənalı olaraq, məsuliyyət götürməyə hazıram. Mən heç zaman prezidentliyə namizədliyimi verməyəcəm. Ukraynanın prezidenti mənim fikrimcə burada doğulub, böyüyən ukraynalılar olmalıdır” – Saakaşvili Ukraynanın ZİK telekanalına deyib.
Qeydi edək ki, Saakaşvili Ukraynada xaricdən pul alıb hökumət əleyhinə mitinqlər təşkil etməkdə ittiham olunur./avropa.info
Sorğu
Yeni dizaynımız necədir?