ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə Livan Fələstinin paytaxtı olaraq tanıdığı Şərq Qüdsdə səfirlik açmağı planlaşdırır.
İstanbul keçirilən və bütün dünyanın diqqətlə təqib etdiyi İƏT-in Qüds Zirvəsində alınan tarixi qərardan sonra Livan hökuməti, xarici işlər naziri Cibran Basilin təklifi ilə Şərqi Qüdsdə səfirliyin açılması məsələsini gündəmə alıb. Ölkədəki rəsmi xəbər agentliyinin verdiyi xəbərə görə, baş nazir Səad Həririnin rəhbərlik edəcəyi bir komitə səfirliyin açılması təklifini dəyərləndirəcək. Basil, Twitter vasitəsilə Fələstin prezidenti Mahmud Abbasa müraciət edərək, səfirlik üçün Şərqi Qüdsdə özlərinə torpaq sahəsi ayırmalarını xahiş etdiyini yazıb. Qeyd edək ki, MHP-nin başqanı Dövlət Bağçalı dünən hökumətə Fələstin rəhbərliyinə bağlı olan Qərbi Şeria və Qəzzada olan Türkiyənin Qüds Baş Konsulluğunun rəsmən səfirlik səviyyəsinə çıxarılması təklifini vermişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?