Avstraliya, İslam Dövləti militantlarının İraq və Suriya ərazilərindəki hədəflərinə qarşı hava hücumlarını dayandırmaq qərarı verib. Bu qərar İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyada Avstraliyanın iki ildən çox iştirakından sonra verilib.
Kanberranın hava hücumlarında iştirakın dayandırılması qərarı İraq və digər müttəfiqlərlə məsləhətləşmədən sonra verilib.
Avstraliyanın altı döyüş təyyarəsi geri çağırılsa da, yanacaq doldurma və nəzarət gəmisi regiondakı fəaliyyətini davam edəcək.
Ölkənin müdafiə naziri Maris Peyn deyib ki, hava hücumlarının İslam Dövlətini məğlub etmək üçün əhəmiyyətli olmasında heç bir şübhə yoxdur.
Avstraliya koalisiyayada 780 nəfərlik heyətlə iştirak edir. Kanberra deyir ki, İraq qoşunlarının təlimi və məslətləşmələr bağlı işlər davam edəcək.
Müstəqil monitorinq qruplarının hesablamalarına görə, ABŞ-ın rəhbərlik etdiyi hava hücumları nəticəsində 6,000 mülkü şəxs həlak olub. Lakin ordu rəhbərlərinin bildirdiyinə görə, 28,000 hava hücumu nəticəsində ölən mülki şəxslərin sayı təxminən 800 nəfərdir.
Bu ayın əvvəli İraq baş naziri Heydər Əl-Abadi elan etdi ki, ölkənin qoşunları İraq-Suriya sərhədini tam nəzarət altına alıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?