Rusiya prezidenti Vladimir Putin Rusiyanı modernləşdirmək üçün öz təkliflərini səsləndirib. Bununla bərabər, şənbə günü onun bəzi rəqibləri növbəti ilin mart ayında keçiriləcək prezident seçkilərində namizədliklərini rəsmən irəli sürüblər.
Putin prezindent seçkilərində Birləşmiş Rusiya partiyasıdan məsafə saxlayaraq, müstəqil namizəd kimi iştirak edəcək. Kremlin partiyası hesab olunan Birləşmiş Rusiya-nın bəzi yüksək vəzifəli üzvləri son dövrlərdə korrupsiyada ittiham edilirlər.
Buna baxmayaraq, Putin şənbə günü Birləşmiş Rusiya-nın konqresində iştirak edərək, gələcək məqsədləri haqqında danışıb. Onun vədləri arasında bizneslərə daha geniş stimulların verilməsi, korrupsiya ilə mübarizə və vəsait çatışmazlığı yaşayan səhiyyə və təshil sisteminə əlavə resursların sərf edilməsi olub.
Etimad reytininin 80 faiz olduğu bildirilən Putin 18 mart 2018-ci ildə keçiriləcək seçkilərdə rahatlıqla qələbə qazanacağı gözlənilir.
Tanınmış televiziya ulduzu Kseniya Sobçak prezident seçkilərində namizədliyini rəsmən şənbə günü elan edib.
Sorğu
Yeni dizaynımız necədir?