GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin əlindəki “iqtisadi kartlar” nə dərəcədə güclüdür?

​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin əlindəki “iqtisadi kartlar” nə dərəcədə güclüdür?

Tarix: 4-01-2018, 20:39 Bölmə :Dünya Baxış: 292
​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin əlindəki “iqtisadi kartlar” nə dərəcədə güclüdür?


Vladimir Putin prezident seçkilərində özünün iştirakını təzəcə elan etdikdən sonra, sanki qasırğa kimi Suriyada peyda oldu və Rusiya qoşunlarının bu ölkədən çəkilməsini elan etdi. Bütün bunların hamısı Rusiyanın Suriya məsələsində nə dərəcədə təşəbbüskar olduğunu göstərərək, Putinin gələcək seçkilərdəki “çəki”sini artırdı.

Amma hər halda prezidentin fikrinə görə, iqtisadi məsələlərin həlli onun “çəki”sini daha çox artıra bilər. Ölkənin daxili iqtisadi və xarici iqtisadi qüdrəti hakimiyyətdə olmanın başlıca əsasıdır. Görəsən Vladimir Putin öz əlində hansı “iqtisadi kartlar”ı tutub?
2012-ci ildə Putin üçncü dəfə prezident olandan sonra Rusiya maliyyə böhranı, Qərb sanksiyaları, rublun devalvasiyası və neftin qiymətinin aşağı düşməsi kimi mümkün olan bütün sınaqlara tab gətirmək məcburiyyətində qaldı. Böhran əleyhinə tədbirlərdən sonra Rusiya iqtisadiyyatı çətinliklərə sinə gərməli oldu. Makroiqtisadi göstəricilərə əsasən, 2017-ci ildə ölkədə sabitləşmə yaşanıb və Rusiya iqtisadiyyatı özünə gəlməyə başlayıb.
“Rosstat”-ın statistik məlumatlarına əsasən, 2017-ci ilin birinci rübünə görə Ümumi Daxili Məhsul 0,5%, ikinci rüb üzrə 2,5%, üçüncü rüb üzrə isə 1,8% təşkil edib.
Dovlət Dumasındakı yığıncaqda çıxış edən Rusiya Federasiyası Mərkəzi Bankının başçısı Elvira Nabiulina 2017-ci ildə iqtisadiyyatın 1,8% böyüməsini bildirib. Lakin İqtisadiyyat Nazirliyinin hesablamasına görə, bu il Rusiyanın iqtisadi böyüməsi 2,3%-ə yaxın olacaq.

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin “Dünya iqtisadiyyatının vəziyyəti və 2018-ci ilin perspektivləri” məruzəsi Rusiyanın iqtisadi tənəzzüldən çıxdığını göstərir. Həmin məruzədə deyilir ki, 2018-2019-cu illərdə Rusiya iqtisadiyyatının böyüməsinin, təxminən 1,9% təşkil edəcəyi gözlənilir.
Dünya Bankının iqtisadi inkişafla bağlı məruzəsində isə deyilir ki, növbəti iki ildə Rusiyadakı iqtisadi böyümə davam edəcək və bunun səbəbi ixracın artışı və daxili tələbatın güclənməsi olacaq.
İqtisadiyyatın bərpasının təmini üçün Rusiya Mərkəzi Bankı il ərzində uçot faiz dərəcəsini beş dəfə aşağı salıb. Həm də inflyasiya nisbətən sabit qalıb – 4%. Ekspertlərin hesablamasına görə, 2018-ci ildə inflyasiya 4,4%, 2019-cu ildə isə 3,9 % olacaq. Bundan başqa Rusiyadakı məvaciblərin səviyyəsi, təxminən 3% artıb ki, bu da 2014-cü ildən bu tərəfə olan ən yüksək əməkhaqqı səviyyəsinə gəlinəcəyinə əminlik yaradır.
Putin belə bir uğurdan məmnundur. Müsahibələrinin birində o deyib ki, Rusiya tənəzzüldən çıxıb və dayanıqlı inkişaf və böyümə fazasına qədəm qoyub, ona görə də onun üçün bu il uğurlu sayılır.
Rusiya üçün daha sevindirici hal iqtisadiyyatın bərpasının davam etməsidir. Neftin indiki qiyməti və kütləvi ticarət Rusiya iqtisadiyyatı üçün çox əlverişlidir. Hasilatın azaldılması ilə bağlı OPEK və digər neftçıxaran dövlətlər arasındakı saziş sayəsində 2018-ci ildə neftin qiyməti özünün böyümə meylini saxlayacaq. Bu neft və qazdan asılı olan Rusiya üçün “sakitləşdirici həb” olacaq.
2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatının keçirilməsinə də xüsusi diqqət etmək lazımdır. Dünya Bankı hesab edir ki, çempionat zamanı rusiyalıların və ölkəyə gələn xaricilərin istehlak tələbi artacaq ki, bu da öz növbəsində oyunları keçirəcək şəhərlərdəki kommersiya fəaliyyətini yüksəldəcək. İlkin hesablamalara görə, bütün ölkələrin futbol həvəskarları Rusiyaya 3 milyard dollar pul gətirəcəklər. Dünya çempionatı yeni iş yerləri yaradacaq və bu isə iqtisadiyyatın bərpasına kömək göstərəcək.
Çox asanlıqla iddia etmək olar ki, 2018-ci ildəki prezident seçkilərində heç bir çəkişmə olmayacaq. İndi əsas məsələ Putinin dördüncü prezidentlik müddətində Rusiyanın nə dərəcədə yenilənəcəyi ilə bağlıdır. Məsələn, enerjidən hədsiz asılılığın öhdəsindən necə gəlmək, mühüm iqtisadi tərəfdaşlarla münasibəti necə inkişaf etdirmək, iqtisadi inkişafın insanların həyatında əks olunmasını necə həyata keçirmək və sairə bu kimi sullara Putin seçkilərdəki qələbəsindən sonra cavab verməli olacaq.

Demək lazımdır ki, Qərbin sanksiyalarından sonra Rusiya hakimiyyəti müəyyən tədbirlər görmək məcburiyyətində qalıb. Həmin tədbirlər iqtisadiyyatdakı ”zəif həlqələrə” inkişaf üçün imkan verdi. Lakin əgər neftin qiyməti qalxmaqda davam edəcəksə, onda bizim qarşımızda belə sual dayanır: Rusiya hökuməti iqtisadiyyatın yenidən qurulması üçün struktur dəyişikliyinə təkan verə biləcəkmi?
Digər tərəfdən isə, Rusiyanın “Şərqə doğru dönüş” siyasətini necə irəliyə aparmasına diqqət yetirmək gərəkdir. Bu siyasətə əsasən, Asiya ölkələri ilə ticarət-iqtisadiyyat münasibətləri dərinləşdiyi bir vaxtda, Qərb ölkələri ilə münasibətlərdə dəyişiklərə necə nail olunmağın yolları axtarılır.
Hələ 2012-ci ildə Putinin üçüncü prezidentlik müddəti başlayanda, o öz qarşısına 2020-ci ilədək Rusiyanı dünyanın ən iri beş iqtisadiyyatından biri etmək kimi ambisiyalı tapşırıq qoymuşdu. Lakin Ukrayna böhranı qızışandan sonra bu hədəfin həyata keçirilməsi təxirə salındı.
Amma bütün bunlara baxmayaraq, məqsədinə çatmaq istəyən prezident Putin Rusiya iqtisadiyyatının necə süründüyünə sakitcə baxa bilməz. Çünki güclü siyasətçi kimi onun möhtəşəm planları var. Rusiya iqtisadiyyatını siyasi gedişlərdə əsas karta çevirmək istəyi onun başlıca fikirlərindən biridir.
(“Çin iqtisadiyyat saytı”-Çin)

Tərcümə azpolitika.info-nundur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin getdi

    Putin getdi ...

    14-08-2013, 00:47

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Putin onu alqışlayan məmurların qanın qaraltdı

    Putin onu alqışlayan məmurların qanın qaraltdı ...

    14-12-2012, 11:49

  • 
  • Putin: "Rusiya quyruq bulamır"

    Putin: "Rusiya quyruq bulamır" ...

    19-12-2015, 20:15

  • 
  • Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi

    Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi ...

    12-06-2013, 17:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu