Marixuananın məişətdə qanuni istifadəsinə artıq Kaliforniyada da icazə verildi. Lakin qanuni istifadəsinə yanvar ayının 1-də icazə verilən marixuananın satışına bu nəhəng ştatın bir neçə şəhəri hazırdır. Bu bitkiyə tələbat çox olsa da, bu yeni biznes modelinin qurulması logistik olaraq çətindir.
Bu növbə “MEDMEN” tibbi marixuana dispanserinədir. Bu insanlar ilk dəfə qanuni olaraq marixuana ala biləcəklər. Kaliforniya sakini Ceyson Lavit: “Bu, tarixi bir andır. Biz bir saat yarımdır növbədə dayanmışıq və mən düşünürəm ki, bu gün buraya gəldiyim və bunu etdiyim üçün çox şadam.”
Yanvar ayının 1-dən Kaliforniya Birləşmiş Ştatların marixuananın qanuni istifadəsinə icazə verildiyi 6-cı ştatı oldu. Buna baxmayaraq federal hökümət hələ də marixuanın satış və istifadəsini cinayət hesab edir. Lakin dünya iqtisadiyyatında 6-cı yeri tutan və 40 milyona yaxın əhalisi olan bu ştatın narkotikanı leqallaşdırması böyük dəyişikliyə yol aça bilər. kaliforniya sakini Stefen Uorn: “İlk dəfə marixuana almaq gözəl hissdir. Bu, insan haqlarının qələbəsidir. Sən istədiyini azad şəkildə edə bilir və vaxtını yaxşı keçirə bilirsən.”
Marixuana biznesinin açılması üçün hər bölgənin özünün bir sıra mürəkkəb qaydaları var və Kaliforniyanın bir neçə şəhəri belə mağazaları açmağa hazır deyil. Açılan bizneslər isə çox məşğuldur. Ştatın marixuana biznesinin bir neçə milyard dollar başa gələcəyi gözlənilir. MEDMEN-in icraedici direktoru Adam Birman: “Mən elə bunu demək istəyirdim. Qərbi Hollivud şəhərində qanuni satışın ilk günü növbədə 150 nəfərə qədər insan dayanıb."
Kaliforniya sakinləri bizneslərin onların tələbatını ödəmələrini gözlədikləri bir vaxt, onlar bir müddət bunu məhdud miqdarda özləri yetişdirə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?