“Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.
“Peyğəmbər həzrətləri buyurmuşdu: “Allah ədalətli olanları sevər”. Dövləti idarə edənlərin birinci vəzifəsi ədalət qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. 2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhərisi dünyanın ədalətini gördük. Biz onlardan terrorçuları istəyirik, ancaq vermirlər. Amma 15 il ərzində onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər və biz onları təhvil vermişdik. Bütün dosyeləri göndərmişik. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli müstəvidəyəm. Mən onların ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”, - o vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?