Ermənistanın enerji infrastruktur və təbii ehtiyatlar naziri Aşot Manukyan istefaya gedib.
gundemxeber.az-un əldə etdiyi məlumata görə, nazirin mətbuat katibi Basak Tarpoşyan faktı təsdiqləyib. Ancaq deyib ki, hələlik nazir vəzifənin icrasını davam etdirir. “O, bu gün hökumətin iclasında iştirak edib. Ancaq istefanın səbəbləri hələlik məlum deyil”- Tarpoşyan əlavə edib.
A.Manukyan 2016-cı ildən nazir postunu tuturdu.
Belə görünür ki, prezident seçkiləri öncəsi Ermənistandakı böhran və xalq etirazlarının artması hakim düşərgədə də çat yaradıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?