GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Əsəd rejiminin müdafiəsində

Putin Əsəd rejiminin müdafiəsində

Tarix: 12-12-2012, 13:08 Bölmə :Dünya Baxış: 731
Putin Əsəd rejiminin müdafiəsində

Rusiya Suriya məsələsində mövqeyini qətiləşdirdi


gundemxeber.az ABŞ və Rusiya rəsmiləri dərinləşməkdə olan Suriya münaqişəsinin siyasi həllinə sadiq olduqlarını bir daha bəyan ediblər. Lakin BMT bildirir ki, Moskva prezident Bashar al-Assad-ın istefası məsələsində yumşaldığı barədə xəbərləri təkzib edir. «Reuters» agentliyi xəbər verir ki, BMT-nin xüsusi elçisi Lakhdar Brahimi Cenevrədə bir həftədən də az müddətdə iki dəfə ABŞ və Rusiyanın xarici işlər nazirlərinin müavinləri ilə üçtərəfli danışıqlara qatılıb.
Tərəflər münaqişənin siyasi vasitələrlə həllinə sədaqət bildirsələr də, Qərb artıq bir müddətdir ki, Suriya müxalifətinin birgə komandanlığının qurulması üçün səylər göstərir. Vaşinqton bu həftə müxalifəti Suriya xalqının yeganə təmsilçisi kimi tanımağa hazırlaşır. Lakin Suriya hökumətinin əsas silah təchizatçısı Rusiya israr edir ki, Moskva prezident Assad-ın gələcəyi məsələsində mövqeyini yumşaltmayıb və hələ də 42 illik hakim sülaləni dəstəkləyir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov elə belə də bildirib: «Biz burada Assad-ın taleyi haqqında danışıqlar aparmırıq».
«Reuters» agentliyi yazır ki, bir sıra xarici ölkələr Suriyada münaqişə tərəflərini silahla təchiz etməkdədirlər. İran Assad-a, Səudiyyə Ərəbistanı və Qətər isə üsyançılara dəstək verir. Cənab Brahimi bildirib ki, danışıqlarda məqsəd münaqişəyə dair ötən iyunda qəbul olunmuş Cenevrə Bəyannaməsi əsasında həll yolunun tapılmasıdır. Bu bəyannamə isə keçid hökumətinin təşkilinə, başqa sözlə, Assad-ın postunu tərk etməsinə çağırır. Rusiya isə israr edir ki, Assad-ın taleyi Suriyanın xaricində həll edilə bilməz. «The Guardian» qəzetinin yazdığına görə, Lavrov bildirib ki, Rusiya Assad-ın devrilməsinin labüdlüyü barədə iddiaları qəbul etmir. Qəzet Rusiyanın Assad-ın taleyi barədə mövqeyinin yumşalması barədə xəbərlərin haradan qaynaqlana biləcəyinə də diqqət yetirir.
«The Guardian» yazır ki, ötən bazar ertəsi Vladimir Putin və Recep Tayyip Erdoğan-ın İstanbul görüşündən sonra Türkiyə rəsmiləri şəxsi söhbətlərdə rusların Assad barədə mövqeyinin guya dəyişməyə meylli olduğu barədə məlumat vermişdilər. Rusiyanın xarici işlər naziri bu cür şayiələrin yayılmasında Ankaranı yox, Vaşinqtonu ittiham edib. «Biz demişik ki, danışıqlara bir şərtlə razıyıq: Cenevrə sənədinin fəal müzakirəsi heç bir əlavəsiz, heç bir ultimatumsuz, prezident Assad-ın istefası kimi hər hansı öncədən irəli sürülmüş şərtlərsiz keçirilməlidir» – deyib Sergey Lavrov.
Qəzet xatırladır ki, Cenevrə bəyannaməsinin qəbulu zamanı Rusiya hazırkı hakimiyyətin nümayəndələrinin Suriyanın keçid hökumətinə salınmasının vacibliyini qeyd etmişdi. ABŞ və onun müttəfiqləri bu mövqeyi hər halda Assad-sız hökumət kimi qəbul etmişdilər. Bu arada üsyançılar ölkə boyunca bir sıra mühüm obyektlərin zəbt edilməsinə nail olublar. Lakin «Reuters» xəbər verir ki, burada əsas rolu radikal islamçılar oynayıblar. «Reuters» bildirir ki, «Al-Qaeda» təşkilatına yaxınlığı ilə tanınan «Jabhat al-Nusra» islamçı qruplaşması ölkənin şimalında, Suriya üsyançısı Türkiyə ilə həmsərhəd Hələb regional hərbi komandalığı mərkəzinin zəbt olunmasında üsyançılara rəhbərlik edib. Britaniya mənbələri xəbər verirlər ki, komandanlığın 140 hərbçisi qaçıb və beş əsgər yaxalanıb.
Agentlik xəbər verir ki, Qərb Suriya üsyanında radikal üsyançı qrupların yüksəlişindən narahatdır. Məsələn, Vaşinqton «Jabhat al-Nusra» təşkilatını terrorçu qruplaşmalar siyahısına daxil etməyə hazırlaşır.
Lakin problem ondadır ki, Suriya üsyanında sayca çox az olan radikal qruplaşmalar getdikcə daha çox populyarlaşırlar. Yerli əhali isə bildirir ki, radikal silahlılar daha intizamlıdırlar və zəbt etdikləri ərazilərdə qarət törətmirlər.
Bu arada üsyançılar paytaxt Dəməşqin beynəlxalq hava limanına gedən yolu bağlayıblar. Xəbər verilir ki, hava limanında beynəlxalq uçuşlar dayandırılıb. Bununla belə, «The Guardian» xəbər verir ki, lokal döyüşlər barədə məlumatlar ziddiyyətlidir.
Məsələn, Suriyanın dövlət televiziyası hökumət qoşunlarının üsyançıların istehkamı sayılan Deraya məntəqəsində uğur qazandıqlarını bildirib. «The Independent» qəzeti isə yazır ki, Assad hökuməti hazırda hərbi taktikanı dəyişib və bir sıra regional əhəmiyyətli obyektləri üsyançılara verərək, diqqəti və qüvvələrini paytaxt Dəməşq ətrafında cəmləşdirməyə çalışır.

Dəməşqin ətraf rayonları Hətta Qərb diplomatları da etiraf edirlər ki, üsyançıların
paytaxt üzərinə hücumu uğursuzluğa düçar olub. Bu, isə o deməkdir ki, münaqişə gözlənildiyindən daha uzun müddətə uzana bilər.
Qərb diplomatları bildirirlər ki, Suriya rejiminin qoşunları müdafiəsi mümkün olmayan obyektlərdən geri çəkilərək, paytaxt ətrafında strateji baxımdan əhəmiyyətli məntəqələrdə cəmləşirlər. «The Independent» yazır ki, hökumət qoşunlarının ölkənin şimal və qərb hissələrini tərk etməsi Assad rejiminin zəifliyi barədə yanlış təsəvvür yaradıb və əslində qüvvələr balansı təxminən bərabərdir.
Qəzet həmçinin bildirir ki, Dəməşqin beynəlxalq hava limanına gedən yol üsyançılar tərəfindən bağlansa da, aeroportun özünə hökumət qoşunları nəzarət edirlər. «The Guardian» qəzeti bildirir ki, hökumət vertolyotlardan istifadəni azaldıb. Bu, onunla bağlı ola bilər ki, hazırda üsyançıların əlində çox sayda hava hücumundan müdafiə silahları var. Bu arada üsyançı qüvvələr Türkiyənin Antalya şəhərində 500 nümayəndənin iştirakı ilə keçirilən konfranslarında 30 üzvü olan Ali Şuranın seçildiyi barədə məlumat yayıblar.
«The Independent» bildirir ki, ABŞ-ın qəbul etmədiyi «Jabhat al-Nusra» və «Ahrar al-Sham» qruplaşmaları bu konfransa dəvət edilməyiblər. Bununla belə, qəzetin yazdığına görə, müxalifət «od və su arasında» qalıb. Onlar bir tərəfdən Qərbə dünyəvi Suriya vəd edirlər, digər tərəfdən isə, Səudiyyə və Körfəzə islamın dəyərlərinə sadiq qaldıqlarını bildirirlər.

Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Assad kolisiyaya hazır olduğunu deyir

    Assad kolisiyaya hazır olduğunu deyir ...

    31-03-2016, 23:46

  • 
  • Kerri: "ABŞ Suriya məsələsində əli-qolu bağlı qalmayacaq"

    Kerri: "ABŞ Suriya məsələsində əli-qolu ...

    5-11-2013, 12:44

  • 
  • Suriya müxalifəti Rusiyaya rədd cavabı verdi

    Suriya müxalifəti Rusiyaya rədd cavabı verdi ...

    29-12-2012, 11:49

  • 
  • Rusiya Əsədi tək qoydu

    Rusiya Əsədi tək qoydu ...

    28-01-2013, 10:58

  • 
  • Putin: "Rusiya quyruq bulamır"

    Putin: "Rusiya quyruq bulamır" ...

    19-12-2015, 20:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu