GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranın yeni seçilmiş prezidentinin həyat yoldaşı barədə bəzi məlumatlar aşkar olub.

İranın yeni seçilmiş prezidentinin həyat yoldaşı barədə bəzi məlumatlar aşkar olub.

Tarix: 9-07-2013, 16:21 Bölmə :Dünya Baxış: 1 279
İranın yeni seçilmiş prezidentinin həyat yoldaşı barədə bəzi məlumatlar aşkar olub.
İranın evdar qadın olan birinci xanımı kimdir?
BBC - Persian İranın yeni birinci xanımı barədə bir sıra məlumatlar əldə edə bilib. BBC Persian-ın islam ölkəsinin birinci xanımları barədə hazırladığı qısa videosujetdə Həsən Ruhaninin həyat yoldaşı haqqında məhdud informasiyalar yer alıb. İranın yeni birinci xanımının adı Sahibə Ərəbidir. O evdar qadındır. Təhsili diplom səviyyəsindədir.

İranın şiə məzhəbindən olan yeni prezidenti Həsən Ruhaninin xanımı Sahibə Ərəbi qatı dindar ailədə doğulub.

Prezidentin 86 yaşlı anası Səkinə Peyvəndi oğlunun 14 yaşlı xalası qızıyla evləndiyini bildirib.

Qeyd edək ki, İranın birinci lediləri haqqında məlumatlar məhduddur. İran prezidentlərindən yalnız Məhəmməd Hatəminin xanımı Zöhrə Sadiqi ictimai həyatda və xeyriyyə işlərində fəal olub.

Prezident postundan getməyə hazırlaşan Mahmud Əhmədinejadın xanımı Əzəm Fərəhi isə cəmi 3-4 rəsmi görüşdə həyat yoldaşını müşayiət edib.

Yeni prezident Həsən Ruhaninin evdar xanımı Sahibə Ərəbi onunla kəbin yolu ilə evlənib.

64 yaşlı Həsən Ruhani valideynlərinin seçimi ilə ailə həyatı qurub. Kəbin kəsilərkən Həsən Ruhaninin 20, Sahibə xanımın isə 14 yaşı olub.

Məlumatlara görə, Həsən Ruhani və Sahibə Ərəbinin 4 övladı var.

Həsən Ruhani 1948-ci il noyabrən 12-də İranın Səmnan yaxınlığıdakı Sorhəh şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Səmnan mədrəsəsində başlayıb. 1961-ci ildən isə Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Onun müəllimləri dövrünün məşhur ilahiyyatçıları olan Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub.

Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olan Ruhani 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetini magistr dərəcəsini alıb. 1999-cu ildə isə elmlər namizədi adını alıb.

Ruhani gənc yaşlarından ayətullah Xomeyninin ideyalarını dəstəkləyərək şah əleyhinə təbliğat aparmağa başlayıb. Buna görə şah hakimiyyəti tərəfindən dəfələrlə həbs olunub. Ona ictimai yerlərdə çıxış etmək qadağan edilib. 1977-ci ilin noyabrında Mustafa Xomeyninin anım tədbirində Həsən Ruhani ilk dəfə ayətullah Xomeyninin ünvanına “İmam” sözünü işlədib. Buna görə təqiblərə məruz qalacağına görə ayətullah Məhəmməd Behiçtinin məsləhəti ilə ölkəni tərk edib, Parisə gedib.

1980-ci ildə Həsən Ruhani İran İslam Şura Məclisinə üzv seçilib. 20 il (1980-2000) məclis üzvü olduğu müddətdə müxtəlif vəzifələri icra edib.

İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü həm də onun icra komitəsinin sədri (1986-1988), İran Ordu komandanının müavini (1983-1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986-1991) və s. vəzifələr icra edib.

Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.

İranın Ali Dini lideri Ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilən Həsən Ruhani 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. O həmçinin sabiq İran prezidenti Hatəminin 2000-2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.

Həsən Ruhani məsul vəzifələrlə yanaşı, elmi fəaliyyətini də davam etdirib. 1995-1999-cu illərdə Tehran Universitetinin hamilər şurasının üzvü olub. 1991-ci ildən Strateji Araşdırmalar Mərkəzində çalışan Həsən Ruhani araşdırmaçı-professor adı alıb və fars, ərəb və ingilis dillərində çoxlu elmi kitab və məqalələrin müəllifidir.

İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas sima Həsən Ruhani olub. O, Təhlükəsizlik Şurasının katibi və Məclisin vise-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Buna görə ölkəsində ona “Diplomatiyanın şeyxi” adı da verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın yeni prezidenti oğurluqda ittiham olunur

    İranın yeni prezidenti oğurluqda ittiham olunur ...

    27-06-2013, 18:37

  • 
  • İranın yeni prezidenti ABŞ-a gedir

    İranın yeni prezidenti ABŞ-a gedir ...

    4-09-2013, 16:29

  • 
  • Azərbaycan və Pakistanın birinci xanımları görüşüblər

    Azərbaycan və Pakistanın birinci xanımları ...

    12-03-2015, 09:19

  • 
  • Həsən Ruhani İranın yeni prezidentidir.

    Həsən Ruhani İranın yeni prezidentidir. ...

    15-06-2013, 23:10

  • 
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Macarıstanın baş nazirinin xanımı ilə görüşü olub

    Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ...

    6-03-2016, 16:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu