Dünya Süryanilər Şurasının sədri Messo: "Süryani, Ərəb və Kürd uşaqları, küçədə və ya evlərdən qaçırılıb zorla YPG-yə alınırlar. Türkiyə Suriyada sadəcə sülh istəyir" deyib.
Dünya Süryanilər Şurasının sədri Johny Messo, terror təşkilatı PYD/PKK-nın Suriyanın şimalında Süryani və digər xalqlara birbaşa və dolayı yolla təzyiq edərək insan haqlarını pozduğunu bildirərək, "Süryani, Ərəb və Kürd uşaqları, küçədə və ya evlərdən qaçırılıb, zorla YPG-yə alınırlar" deyib: "Suriyanın şimalında son illərdə çox şeylər baş verir, amma orada yaşayan insanlar bunu başqalarına danışmağa qorxurlar. YPG-nin Süryanilərə və bölgədəki insanlara tətbiq etdiyi təzyiq insanların oradan qaçmasına səbəb olur. Süryanilər artıq özləri üçün orada bir gələcək görmür. Sayını bilmirəm, amma indiyə qədər çox sayda Süryani o bölgəni tərk etmək məcburiyyətində qalıb. Həmçinin orada baş verən çox şey Qərb mediasında əks olunmur. Biz buna görə, çox məyusuq. Bizim xaricə demək istədiklərimizlə Qərb mediasının əks etdirmək istədikləri bir-birinə uyğun gəlmir. Əslində regionla bağlı danışacaq çox şeylər var. Sadəcə həqiqəti eşitmək, yazmaq Qərbin işinə yaramır". Messo, ötən illərdə YPG-nin Süryanilər üzərindəki təzyiqlərinin artdığına diqqəti çəkərək, "YPG oradakı əraziləri işğal etmək üçün fürsət tapdı. Başqalarının zərərinə də olsa, öz mövqelərini gücləndirmək istəyirlər". deyib.
TÜRKİYƏ SURİYADA SÜLH OLMASINI İSTƏYİR
Son illərdə regionda yerləşmək üçün YPG-nin yalnız öz maraqları üçün çalışdığının bildirən Messo, bunları deyib: YPG-nin maraqları Suriya xalqının kütləvi maraqlarına uyğun gəlmir. YPG, öz maraqları istiqamətində fəaliyyətlərini davam etdirdikcə, regionda yaşayan digər xalqlara və azlıqlara qarşı böyük təhlükə və risk yaradır. Türkiyə, YPG-nin onlara qarşı təhlükəli hərəkətlərə yol verdiyi üçün cavab verir, çünki Türkiyə Suriyada sülh olmasını istəyir. Türkiyə, İraq, İran, bir “Kürdüstan” bufer zonasının yaranmasını istəmir. Bizim üçün əhəmiyyətli olan Suriyanın ərazi bütövlüyüdür, amma YPG və PYD, regionda öz federativ dövlətini qurmaq istəyir"./müxalifət.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?