GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərdoğan ABŞ-a meydan oxudu - “Menbicə girəcəyik...”

Ərdoğan ABŞ-a meydan oxudu - “Menbicə girəcəyik...”

Tarix: 7-02-2018, 11:27 Bölmə :Dünya Baxış: 337
Ərdoğan ABŞ-a meydan oxudu - “Menbicə girəcəyik...”


Türkiyəni Suriyanın içərisinə çəkmək istəyirlər - iki məqsəd

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hökumətin növbəti hədəfi Afrindən sonra Menbic bölgəsini PYD/YPG terror təşkilatından təmizləməkdir. Ankarada hakim partiya rəhbərliyi qarşısında çıxış edən prezident ABŞ hökumətinə mesaj göndərərək əməliyyatın davam edəcəyini bildirib.

Ərdoğan bildirib ki, əməliyyat Afrindən sonra Menbicdə davam edəcək və o torpaqların terrordan təmizlənib əsl sahiblərinə verilməsi baş tutacaq. Sitat: “Bunu Amerika görürmü? Cənab Obama da düzgün danışmadı, indi cənab Tramp eyni yolda gedir. Bizə ”Menbicdən çıxacağıq" dedilər. O zaman nədən dayanmışsınız? Haydı, çıxın. Kimləri gətirdiniz oraya? PYD, YPG, PKK-nı. Biz Menbicə o torpaqların əsl sahiblərinə təslim edilməsi üçün gedəcəyik, bizim fərqimiz budur".

ABŞ-ı tənqid edən Türkiyə prezidenti Vaşinqtonun Türkiyədən Afrin əməliyyatını bitirməklə bağlı tarix istəməsinin əsassız olduğunu deyib. Ərdoğan deyib ki, Türkiyə sərhəd ölkə Suriyada terror təşkilatının yerləşməsinin qarşısını almağa çalışacaq.

Türkiyə lideri onu da deyib ki, ordu Afrində irəliləməkdə davam edir. 1000-dən çox YPG üzvünün məhv edildiyini qeyd edən Ərdoğan Afrin əməliyyatının qətiyyətlə davam etdiriləcəyini söyləyib. Bir gün əvvəl isə o bəyan edib ki, YPG hərbi geyimində olan amerikalılar vurulacaq. Türkiyə prezidenti ABŞ-dan əsgərlərini Afrindən geri çəkməyi tələb edib. Fevralın 6-da isə ABŞ əsgərləri Türkiyə-Suriya sərhədində Türkiyənin Akçakale sərhəd məntəqəsi qarşısındakı ərazidə görünüblər.

Rəsmi məlumatlara əsasən, hazırda Suriya ərazisində ABŞ-ın 1700 hərbçisi var. Ancaq bir neçə ay əvvəl İŞİD əleyhinə koalisiyanın amerikalı general nümayəndəsi Suriyada 5 min hərbçilərinin olduğunu bildirmiş, daha sonra bu sözünü təkzib edərək yanlışlıq adlandırmışdı. Amerikalılar Suriyanın əsasən şimalında, kürdlərin (SDQ) nəzarətindəki Qamışlı, Menbic, Hasake, Raqqa kimi bölgələrdə yerləşib. Ancaq bir hissəsi xüsusi təyinatlı döyüşçülərdən, bir qismi isə təlimatçılardan ibarət olan amerikalı hərbçilər kürdlər üçün ciddi dəstək deməkdir. Çünki amerikalılar kürdlərə silah və döyüş təlimi keçir, həm də onlara informasiya-kəşfiyyat dəstəyi verirlər. Ərdoğanın açıqlaması isə göstərir ki, Afrində də amerikalılar var və onlar YPG geyimi ilə hərəkət edirlər.

Digər tərəfdən, amerikalılar kürdlərə quru əməliyyatlarında ciddi üstünlük təmin edəcək silah və texnika veriblər. Bu da Türkiyə ordusuna indi olmasa da, gələcəkdə ciddi problemlər yarada bilər. Yeri gəlmişkən, son günlər Türkiyə ordusuna qarşı müqavimət güclənib. Bu, bir tərəfdən ordunun Afrin ərazisində içəriyə doğru irəliləməsi ilə əlaqədardırsa, digər yandan, planlı təxribata bənzəyir. Son 3 gündə Türkiyənin Afrində iki tankı vurulub, İdlibdə əl-Əis qəsəbəsinə gedən Türkiyə ordusu konvoyu atəşə tutulub. Türk konvoyuna hücum nəticəsində bir hərbçi ölüb, 5 nəfər isə yaralanıb. Hücum raket və minaatanlarla həyata keçirilib.

Məsələ ondadır ki, formal olaraq İdlib Türkiyənin atəşkəsə nəzarət etdiyi bölgə hesab olunur və oradakı qüvvələrin böyük bir qismi Türkiyə ordusuna qarşı müqavimət göstərmir. Ancaq artıq ikinci dəfədir ki, Türkiyə ordusu konvoyuna hücumlar baş verir. Türkiyə ordusunun İdlibdəki hərəkəti Astana razılaşması əsasında aparılır.

Belə görünür ki, Türkiyənin Afrində, eləcə də İdlibdə eyni zamanda fəallaşması narahatlıq doğurur. Bu cür təxribatlar iki məqsəd güdə bilər. Birincisi, Türkiyə ordusunun imicini zədələmək, onun əməliyyat qabiliyyətini və funksiyalarını zəiflətmək, ikincisi isə həm Afrində, həm də İdlibdə toqquşmaya çəkmək, savaş meydanını genişlətmək və sonunda Ankaranı böyük bir savaşa, ya da başqa adla “Suriya bataqlığına” çəkmək.

Hələlik Türkiyə ordu komandanlığı ehtiyatlı yanaşır, qarşıdurmaya və genişmiqyaslı əməliyyatlara girmək istəmir. Ehtimal ki, Tel Abyadda görünən-görüntülənən amerikalı əsgərlər də eyni məqsədə xidmət edir. Suriyanın şimalı indi çox mürəkkəb oyun taxtasına çevrilib. Bəşər Əsəd, amerikalılar, ruslar, iranlılar (Hizbullah), türklər, kürdlər və hər biri bir ölkə və ya bir neçə ölkəyə bağlı olan radikal silahlı qruplar. Sözün həqiqi mənasında “ərəb saçına” dönən bölgədə sağlam və qərarlı bir xətt yürütmək çox çətindir.|musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğandan ABŞ-a: MENBİÇƏ GƏLƏCƏYİK!

    Ərdoğandan ABŞ-a: MENBİÇƏ GƏLƏCƏYİK! ...

    6-02-2018, 15:23

  • 
  • "Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD və YPG-nin?"

    "Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD ...

    10-02-2016, 18:52

  • 
  • Ərdoğan ABŞ-ı sərt tənqid etdi və türk ordusunun VURACAĞI HƏDƏFLƏRİ GÖSTƏRDİ

    Ərdoğan ABŞ-ı sərt tənqid etdi və türk ordusunun ...

    24-10-2017, 14:00

  • 
  • Ərdoğan: “Terroru PYD-nin törətdiyi təsdiqlənib, 14 nəfər saxlanılıb”

    Ərdoğan: “Terroru PYD-nin törətdiyi təsdiqlənib, ...

    18-02-2016, 14:43

  • 
  • Ərdoğan Türkiyənin Afrin əməliyyatlarını genişləndirərək, İraq sərhədinə qədər irəliləcəyini bildirib

    Ərdoğan Türkiyənin Afrin əməliyyatlarını ...

    27-01-2018, 15:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu