Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a “Biz Menbiçə torpaqlarını əsl sahiblərinə qaytarmaq üçün üçün gələcəyik. Bizim əsl fərqimiz budur” deyə, mesaj göndərib.
Türkiyə prezidenti bunu partiyasının TBMM Qrup toplantısında bildirib. Prezident Ədoğan "ABŞ bizə Menbiçdən çıxacağını vəd verib, amma göründüyü kimi sözünün üstündə durmur. Biz isə Menbiçə torpaqları əsl sahiblərinə qaytarmaq üçün gələcəyik. Bizim fərqimiz budur" deməklə, Türkiyənin Menbiçə müdaxilə qərarında qətiyyətli olduğunu bir daha nümayiş etdirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?