Yaponlar və fələstinlilər ABŞ səfirliyi qarşısında birlikdə Qüds üçün etiraza qalxdılar. İndoneziya və Malayziyada da yüzlərlə insan küçəyə çıxdı. Gün ərzində Cümə namazları çıxışında çox sayda ölkədə etiraz aksiyaları gözlənilir.
ABŞ lideri Donald Tramın Qüds qərarı, Çilidən Yaponiyaya qədər dünyanı sarsıdıb. Müqəddəs şəhəri İsrailin paytaxtı kimi tanıyan Trampa qarşı çıxanlar, yalnız müsəlman əhalinin sıx olduğu ölkələə deyil, yer üzünün bir çox nöqtəsində etirazlar mövcuddur. Yaponiyanın paytaxtı Tokioda bu gün gerçəkləşən etirazda “Qüds İsrailin paytaxtı deyil” şüar-plakatlarını həm yaponlar, həm də fələstinlilər birlikdə qaldırıb. Tokiodakı ABŞ səfirliyi qarşısında toplaşan qrupla bağlı polis təhlükəsizlik tədbirləri görüb. Bugünkü etiraz aksiyalarının bir başqa dayanacağı İndoneziya və Malayziyadır. Cakartadakı Amerika səfirliyi qarşısındakı mitinqdə qarşıdurma baş verib. Baryerləri aşmağa çalışan etirazçılara polis mane olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?