GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Çini ABŞ-ın qorxacağı qədər güclü edən səbəb nədir?

Çini ABŞ-ın qorxacağı qədər güclü edən səbəb nədir?

Tarix: 14-02-2018, 20:26 Bölmə :Dünya Baxış: 409
Çini ABŞ-ın qorxacağı qədər güclü edən səbəb nədir?


Qabil Hüseynli: “Senatorların irəli sürdüyü fikir onu göstərir ki, ABŞ-ın Çinə qarşı müəyyən strategiyası formalaşır”

“Çin ABŞ üçün indiyə qədər görülməmiş təhdiddir”. Axar.az-ın xəbərinə görə, bu sözləri Senatda çıxışı zamanı amerikalı senator Mark Rubio söyləyib.

“Düşünmürəm ki, 240 illik tariximiz ərzində bizim ölkə bu qədər gücü və miqyası olan potensial düşmənlə toqquşub. Çin ABŞ-ın liderliyini əlindən almaq istəyir və biz səssiz qalmamalıyıq”, – deyə o, bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey də deyib ki, Çin aktiv şəkildə ABŞ-ı qlobal lider statusundan məhrum etməyə çalışır. Onun sözlərinə görə, Çin bu işdə özünün ABŞ təhsil sistemindəki və elmi idarələrindəki xəfiyyələrindən istifadə edir: “Biz bütün ölkənin akademik dairələrində qeyri-ənənəvi informasiya toplayıcılarından istifadə edildiyini müşahidə edirik. Bu hal təkcə böyük yox, həm də kiçik şəhərlərdə də görünür. Çin xəfiyyələri elmi cəmiyyətlərin açıqlığından yararlanırlar ki, lazımlı mənbələri əldə etsinlər. Bu, təkcə Amerika dövləti üçün yox, bütün dünya ictimaiyyəti üçün təhlükəlidir və bu, cavabsız qalmamalıdır”.

Bəs, Çinin ABŞ kimi dünya nəhəngini qorxudacaq qədər güclənməsinin kökündə hansı səbəblər dayanır?

Bu sualı cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, ABŞ senatorları bir çox hallarda müəyyən faktları şişirdirlər: “Bu həyəcan təbilini vaxtından xeyli qabaq çalırlar. Ancaq etiraf etmək lazımdır ki, Çin xeyli sürətlə inkişaf edir, yeni texnologiyaya çox böyük vəsait ayırır. Bununla həm iqtisadiyyatı , həm də hərbi sahəni modernləşdirir. Dünyanın 5-ci nəsil qırıcı təyyarələrini ilk olaraq Amerika istehsal edib. Bu çox güclü döyüş qabiliyyətinə malik olan təyyarələrdir. Artıq bir neçə aydır Çin elan edib ki, 5-ci nəsil qırıcı təyyarələrin seriyalı istehsalına başlayıb. Digər sahələrdə , atom sualtı qayıqları və ya müasir texnologiyalar sahəsində Çinin etdiyi kəşflər onu “Asiyanın pələngi”nə çevirib. Onu belə adlandırırlar. Amerika senatorlarının bu fikri irəli sürməsi onu göstərir ki, bu ölkənin Çinə qarşı müəyyən strategiyası formalaşır. Bu həm siyasi, həm də hərbi strategiyadır”.

Politoloqun sözlərinə görə, bu strategiyanın mahiyyətində Çinin dünyan miqyasında nüfuzunun qarşısını almaq, onun bir sıra dövlətlərlə ittifaq qurmasına mane olmaq, nəticədə Çini təkləmək siyasəti dayanır: “Ancaq hərbi strategiya daha böyük miqyaslıdır və daha uzağa gedən məqsədlər güdür. Söhbət Çinin hər bir tərəfini mühasirəyə almaq, bu dövlətə hərbi zərbə endirmək üçün ən strateji mövqeləri tutmaq və həmin mövqelərdə böyük həcmdə, çoxçeşidli silahlı qüvvələri yerləşdirməkdən gedir. Bu Amerikanın hərbi doktrinasına daxil olan müddəalardan biridir. Bu addımı malalamaq üçün, diqqət mərkəzinə çıxartmamaq üçün onlar Çinin güclənməsi, həddindən artıq qüdrətli dövlətə çevrilməsi barədə olduğundan daha çox miflər uydurur, dövriyyəyə buraxırlar". Bəli Çin güclənir, ancaq Amerika üçün təhdid təşkil edə biləcək potensial qüvvə deyil. Çinin nüvə potensialı Amerikanın nüvə potensialının heç 5 faizi qədər deyil. nüvə potensialına görə Amerikaya ən böyük təhdid Rusiyadır. Çünki hər ikisində nüvə cəbhəxanası bərabər imkanlara malikdir”.

Qabil Hüseynli onu da vurğuladı ki, ABŞ hökuməti dünyadakı hegemonluğunu bölüşməmək üçün ölkəsinin sürətli iqtisadi və hərbi inkişafına nail olmağı qarşısına məqsəd qoyub: “ABŞ-ın yeni büdcəsi elan edilib, orada hərbi və digər xərclər də çox böyükdür. ABŞ dövlət büdcəsi Çinin büdcəsindən ən azı 8 dəfə, Rusiyanın büdcəsindən 12 dəfə çoxdur. Yəni, istisnasız olaraq Amerika hazırda dünyanın ən güclü dövlətidir. Sadəcə olaraq sürətlə silahlanmada, iqtisadi yarışda Amerika ilə Çin arasındakı fərq getdikcə azalır. Onlar belə hesab edirlər ki, bu fərqin azalması getdikcə sürətlənəcək. Mən hesab edirəm ki, bu fərqin aradan qalxması üçün ən azı 30 il lazımdır. Bəziləri bu müddətin daha qısa olacağını düşünür. ABŞ senatorları onu nəzərdə tutaraq Çini təhdid obyekti kimi görürlər. Ancaq bu gün Çinin Amerikanı təhdid edəcək qüdrətə və ya bazarlarda güclənərək ABŞ-ı sıxışdıracaq iqtisadi gücə malik olduğu qənaətində deyiləm. Çinin əhalisi də çoxdur və bu da böyük potensial qüvvədir. 1 milyard 250 milyon nəfər az qüvvə deyil. Çin həm bu baxımdan, həm də iqtisadi inkişafı baxımından çoxlarını həyəcanlandırır, o cümlədən də Amerika Birləşmiş Ştatlarını...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çin ABŞ-a müharibə xəbərdarlığı etdi - Cavabını da aldı

    Çin ABŞ-a müharibə xəbərdarlığı etdi - Cavabını ...

    30-10-2015, 23:18

  • 
  • Çin ABŞ-a xəbərdarlıq edib

    Çin ABŞ-a xəbərdarlıq edib ...

    27-10-2015, 15:43

  • 
  • Obama Çin lideri ilə görüşə getdi

    Obama Çin lideri ilə görüşə getdi ...

    29-11-2017, 12:43

  • 
  • Obama Çin rəhbəri ilə görüşür

    Obama Çin rəhbəri ilə görüşür ...

    1-03-2016, 15:29

  • 
  • Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin...

    Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin... ...

    4-08-2017, 15:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu