Ağıllı telefonları iyləmək nə qədər cazibədar olar bilinməsə də, mobil dünyanın aksesuar lideri yaponlar yeniliklərinə davam edirlər. ChatPerf adlı şirkət “iPhone” telefonuna taxılacaq bir USB ixtira edib. İçində müəyyən bir qoxu olan USB telefona taxıldıqda, ekranda bir düymə görsənir və o düyməyə basdığınızda, qoxu ətrafa yayılır. Verilən məlumata görə, şirkətin yeni məhsulu yaxın vaxtlarda “Android” sistemli telefonlara da uyğunlaşdırılacaq.
Qoxulu USB çubuğunun məqsədi ağıllı telefonlarla fotoşəkil və səsli mesajlar göndərməkdən başqa mesajlara qoxu da əlavə etməkdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?