Avropa Birliyinin iki nəhəngi – Almaniya və Fransanın Böyük Britaniya ilə həmrəylik münayiş etdirməsi və “Üç M”in - Mey-Merkel-Makron – görüşünün ardınca Rusiyaya qarşı diplomatik böhranın dərinləşəcəyi gözlənilir.
Artıq Avropanın 20 dövləti ris diplomatları ölkədən çıxarmağa hazır olduğunu açıqlayıb. “Tayms” qəzeti rus diplomatların qovulmasına AB-nin Moskvadakı səfirinin geri çağırılması ilə başlanacağını bildirib.
Qeyd edək ki, AB ölkələri liderlərinin Brüssel sammitində Kripal olayı müzakirə edilmişdi. Almaniya kansleri Merkelin sözlərinə görə, Britaniya Baş naziri Tereza Mey sammitdə Skripalın zəhərlənməsində Rusiyanın günahkar olduğunu təsdiqləyən faktları AB liderlərinə təqdim etmişdi. beləliklə, AB ölkələri liderləri bu işdə Rusiyanın günahkar olması ilə bağlı ümumi qərarı elan etmişdilər.
Sammit çərçivəsində Mey-Merkel-Makron görüşü də baş tutmuşdu. Merkel Fransa və Almaniyanın Britaniyanı dəstəklədiyini bildirmiş, Rusiyaya qarşı addımların məsləhətləşmələrdən sonra elan ediləcəyini açıqlamışdı.
Avropanın rus diplomatlarını növbəti həftədən deportasiya etməyə başlayacağı ehtimal edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?