Avstraliya çərşənbə axşamı Britaniyada keçmiş rusiyalı casusa qarşı əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə hücumuna cavab olaraq iki rusiyalı diplomatı ölkədən çıxaracağını elan edib.
Baş nazir Malkolm Törnbul deyib ki, Rusiya dəfələrlə beynəlxalq qanunlara hörmətsizlik edib.
“Bu, Rusiya hökümətinin düşüncəsizlik və təcavüz tarixini əks etdirir. Buna Krımın ilhaqı, şərqi Ukraynanın işğazlı, MH17-nin vurulması, kiber hücumlar və Qərb ölkələrinin seçkilərinə müdaxilə etmək səyləri daxildir,” o söyləyib.
Xarici işlər naziri Culi Bişop deyib ki, Avstraliya zəhərlənmə insidenti səbəbilə 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kubokunu boykot edə bilər.
Bazar ertəsi Birləşmiş Ştatlar Kremli cəzalandıran Avropa ölkələrinə qoşularaq, 60 Rusiya diplomatını ölkədən çıxaracağını bildirib. Ümumlikdə Qərb ölkələrindən 100 rusiyalı diplomat çıxarılır. Bu isə Soyuq Müharibədən bəri Qərdbdən qovulan ən çox rusiyalı diplomatdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?