GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin andiçməyə hazırlaşdığı günlərdə savaşa çəkilir-təhlükəli gəlişmə

Putin andiçməyə hazırlaşdığı günlərdə savaşa çəkilir-təhlükəli gəlişmə

Tarix: 12-04-2018, 12:37 Bölmə :Dünya Baxış: 262
Putin andiçməyə hazırlaşdığı günlərdə savaşa çəkilir-təhlükəli gəlişmə


Proseslər Üçüncü Dünya Müharibəsinin Suriyada başlanacağı ehtimalını yaradır; sabiq nazir Tofiq Zülfüqarov: “Vəziyyət gərgindir, amma Bəşər Əsədin taleyi o qədər əhəmiyyətli deyil ki, bəşəriyyətin gələcəyinə son qoysun”

Rusiya prezidenti Vladimir Putin mayın 7-də keçiriləcək andiçmə mərasimi öncəsi ardıcıl şəkildə pis sürprizlərlə üzləşməkdədir. ABŞ-ın sanksiyalarının ardınca Böyük Britaniyada baş vermiş müəmmalı zəhərlənmə olayından sonra Rusiyanın milyardlarla dollar vəsait itirməsi, rus rublunun dollar və avroya nisbətdə kəskin ucuzlaşmasının ardınca Moskva müharibə təhdidi ilə üz-üzə qalıb.

Görünən budur ki, Rusiya və ABŞ Suriyada üz-üzə gələ və dəhşətli hadisələr başlaya bilər. Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Suriya rejiminin Dəməşq yaxınlığında kimyəvi silah işlətməsinə cavab olaraq hərbi tədbirlər görəcəyini, qərarın 72 saat ərzində veriləcəyini bəyan edib. Bu müddətin başa çatmasında saatlar qalır. Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

Xəbərlərə görə Suriya rejiminin qüvvələri də öz bazalarında döyüş hazırlığı vəziyyətindədir və ABŞ-ın raket zərbələrinə hazırlaşır. ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya üzərində patrul uçuşları keçirir. Virtualaz.org xəbər verir ki, Britaniyanın “Sky News” telekanalı qırıcıların Homs əyalətinin sərhədyanı Əl-Tanif şəhəri üzərində alçaqdan uçuşlar keçirdiyini bildirir. Digər məlumata görə ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İraq və İordaniya səmalarında da görünüb. Britaniya nəşrləri onu da bildirir ki, İraq-Suriya sərhədi boyu koalisiya təyyarələrinin uçuşlarını müşahidə etmək mümkündür.

Bundan əvvəl Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin “Al-Manar” telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi Suriya ərazisinə buraxılan “istənilən raketi” vurmağa hazırdır. Diplomat bunu öz fikri kimi yox, Rusiya rəhbərliyinin rəsmi mövqeyi kimi çatdırdığını deyib. “Əgər Amerika zərbə endirsə, raketlər vurulacaq, habelə raketlərin buraxıldığı nöqtələrə zərbələr endiriləcək”-səfir deyib.

Öz növbəsində Böyük Britaniya birləşmiş silahlı qüvvələrinin komandanı, general Riçard Berons BBC-yə müsahibəsində deyib ki, rusiyalı diplomat gərək sözlərini diqqətlə seçib danışaydı. Generalın bildirdiyinə görə, əgər ruslar ancaq raketləri vurmağa hazırlaşırsa onlar bunu tam uğurlu həyata keçirə bilməzlər. Əgər səfir Zasıpkin “start platformalarına zərbə” dedikdə raketlərin buraxıldığı ABŞ gəmilərini və sualtı qayıqlarını, təyyarələrini nəzərdə tutursa bu artıq müharibə deməkdir.

Suriya hərbi komandanlığı ABŞ-ın gözlənilən raket zərbələrinə görə döyüş aviasiyasının əsas hissələrini Rusiyanın Hmeymim aviabazasına köçürüb. Virtualaz.org xəbər verir ki, bu barədə “Le Figaro” Suriyadakı mənbələrə istinadən yazır. Habelə Əsəd rejimi qüvvələrinin bir sıra komanda məntəqələri də evakuasiya olunub. “Hələ həftənin əvvəlindən suriyalılar özlərinin əsas aviabazalarını tərk etməyə başladılar”-Yaxın Şərq üzrə ekspert adının çəkilməməsi şərti ilə deyib. Məlumata görə Dəməşq yaxınlığındakı Dumeyr şəhərində yerləşən hərbi aerodromdan bütün personal evakuasiya olunub. Şərqi Qutaya zərbə endirən təyyarələr məhz həmin bazada yerləşirdi. Habelə Suriya ordusunun əsas komanda məntəqələri boşaldılıb.

Suriya rejiminin döyüş aviasiyasının əsas hissəsinin Hmeymimə köçürüldüyünü qəzetin Suriyadakı “əsas mənbəsi” də təsdiqləyib. Bununla da Suriya rejimi döyüş qabiliyyətli texnikanı Amerikanın raket zərbələrindən qorumağa çalışır. Çünki Hmeymim aviabazasının ABŞ-ın hədəfləri sırasında olmadığı təxmin edilir.

“Le Figaro” onu da xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” qvardiyasının komandanı general Qasım Süleymani də hazırda Suriyadadır. O, Suriyadakı 2 minə qədər İran hərbçisinin Amerikanın mümkün zərbələrinə qarşı necə hərəkət edəcəyini müzakirə edir.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Livandakı səfirinin Suriyaya tərəf buraxılan bütün Amerika raketlərini vuracaqları barədə bəyanatına özünün Tvitter bloqunda reaksiya verib. “Rusiya Suriyaya tərəf buraxılan bütün raketləri vurmağı vəd edir. Hazırlaş, Rusiya, onlar uçacaqlar. Onlar yaxşı, yeni və “ağıllı”dır! Öz vətəndaşlarını öldürən və bundan həzz alan “qazlı heyvan-qatili” dəstəkləmək lazım deyil!”-Donald Tramp yazıb.

“Bu raketlər terrorçulara doğru uçmalıdır”. “Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib. “Ağıllı raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, - deyə Nazirlik rəsmisi vurğulayıb.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşər Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Məsələyə Türkiyədən də reaksiya verilib. “Əgər ABŞ Suriyaya raket atsa, Rusiya bunun altında qalmayacaq, dərhal cavab verəcək”. Bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib. (Axar.az) “Bu təhlükə uzun müddətdir davam edir və bundan sonra da edəcək. Bir qığılcım bütün bölgənin partlayışı ilə nəticələnən qarşıdurmanın başlamasına səbəb olar”, - Canikli bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın ABŞ-a ehtiyacı olduğunu da deyib. Lakin onu da qeyd edib ki, indi Rusiya ilə münasibətlərimiz hətta, soyuq müharibə illərindəkindən də pisdir. Tramp “Bəlkə silahlanmanı dayandıraq?”-sualını da verib. Pentaqon isə açıqlayıb ki, Trampın yazdığı tvitlər bizə yox, Ağ Evə problem yaradır.

Baş verənləri “Yeni Müsavat”a şərh edən sabir xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, ABŞ və Rusiya arasındakı böhran yeni deyil: “Adətən, bu böhran özünü kənarlarda büruzə verir. Sovetlərin vaxtında qarşıdurma Vyetnamda, ya Əfqanıstanda baş verirdi. İndi buna bənzər vəziyyət yaranıb, Suriyada baş-başa gəlmək təhlükəsi yaranıb. İnanmıram ki, birbaşa tiqquşma olsun. Amma hər halda vəziyyət yetərincə gərgindir. Söhbət ondan gedir ki, artıq həm Qərb koalisiyası, həm də “Şərq koalisiyası” bu və ya digər şəkildə terrorçu qüvvələri xeyli zəiflədib. İndi də gündəmə gələn məsələlər Suriyanın gələcəyi barəsində olan fikirlərdir. Bu məsələdə söz sahibui kim olacaq, bunun fonunda Rusiya və ABŞ arasında böhran baş verir”. T.Zülfüqarov Rusiya düşdüyü durumu unutmamalıdır: “Rusiya elə bir vəziyyətdə deyil ki, böhran onun xeyrinə olsun. İkinci tərəfdən, daxildə üzləşdiyi problemlərlə əlaqədar Trampın Rusiyaya qarşı zəiflik göstərməsi gözləniləndən uzaq ehtimaldır. Bu baxımdan hesab edirəm ki, gizli və ya yarımgizli razılaşma baş verəcək, tərəflər daxili auditoriya üçün öz versiyasını tərtbiq edəcək”.

Sabiq nazir Suriyada iki nəhəng gücün müharibəyə başlayacağını, bunun da dünya müharibəsinə gətirib çıxarmasını istisna edir: “Bəşər Əsədin taleyi o qədər əhəmiyyətli deyil ki, bəşəriyyətin gələcynə son qoysun, bu, fantastik bir ehtimaldır. Amma hesab edirəm ki, Suriyanın gələcəyi ilə bağlı hansısa razılaşmalar olacaq”. T.Zülfüqarov Moskvanın məqsədinin başqa olduğunu söylədi: “İnanmıram ki, Rusiyanın əsas maraqları Suriyada yerləşir. Sadəcə olaraq Suriyanın səhnəsində Qərblə qarşıdurma baş verir. Əsas məqsədi budur ki, indiki dünyada Rusiya hansı yeri tutacaq. Rusiya fövqəldövlət olduğuna və hərbi imkanlarına görə ikinci yeri tutmağa çalışır. ABŞ isə onu regional oyunçu kimi qəbul etmək istəyir. Həmişə olduğu kimi, föqvəldövlətlərin siyasəti hansısa digər ölkələrin və ya xalqların maraqları üzərində baş verir. Konkret olaraq Suriya xalqı bundan çox böyük əziyyətlər çəkir”.

T.Zülfüqarov bölgəni təhdid edən hadisələrdə Azərbaycanın soyuqqanlı olmasını zəruri sayır: “Ordakı oyunçuların əksəriyyətinin coğrafi məkanla bağlılıqları var. Rusiya və ABŞ isə uzaqda olsalar da, hər ikisi məqsədlərinə nail olmaq istəyir. Bilmək lazımdır ki, bu, bizim dava deyil, gərək kənarda olaq. İnanmıram ki, bizim xarici siyasətdə bununla bağlı hansısa səhv buraxılacaq. Bizim işimiz hansısa xoşməramlı xidmətlər göstərməkdir. Yəni bu və ya digər tərəflərin görüşüb, danışıqlar aparmaları üçün məkan ola bilərik. Bundan əvvəl olduğu kimi. Necə ki, ABŞ və Rusiyanın qərargah rəisləri Bakıda görüşüb danışdılar”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın NATO ilə hücumuna saatlar qaldı: Rusiya nə edəcək?

    ABŞ-ın NATO ilə hücumuna saatlar qaldı: Rusiya nə ...

    10-04-2018, 23:36

  • 
  • Rus oliqarxlar yeni ABŞ sanksiyalarının hədəfində

    Rus oliqarxlar yeni ABŞ sanksiyalarının hədəfində ...

    7-04-2018, 12:31

  • 
  • Putin dünyanı kimyəvi silahdan təmizləmək istəyir

    Putin dünyanı kimyəvi silahdan təmizləmək istəyir ...

    30-09-2013, 12:04

  • 
  • Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB

    Tramp və Putin arasında görüş başa çatıb ...

    7-07-2017, 22:56

  • 
  • Bəşər Əsədin vəzifədən getməsi daha ABŞ üçün "prioritet sayılmır"

    Bəşər Əsədin vəzifədən getməsi daha ABŞ üçün ...

    1-04-2017, 09:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu