İran bizi təhdid etsə, bunun qarşılığını Suriya hökuməti ödəyəcək.
Bunu “Maariv” qəzetinə müahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, İsrailə ediləcək istənilən hücumun qarşılığında Suriya hökuməti xəritədən silinəcək və Bəşər Əsəd ortadan qaldırılacaq:
“İranı belə bir şeylərə yol verməməsi üçün xəbərdar edirik. Ona görə ki, İsrail bu yolu sonuna qədər gedəcək”.
Liberman İranın Suriyada hərbi mövcudluğunu artırmasını İsrail üçün “edam kəndiri” adlandırıb./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?