“Azərbaycanda prezident seçkiləri azad seçim, azad KİV olmadan və 100-dən çox siyasi məhbusun azad edilmədiyi şəraitdə keçirilib.
ATƏT müşahidəçilərinin iştirakına icazə verilib, amma real demokratiya Azərbaycan prezidentindən öz real seçkilər keçirmək öhdəliklərinə hörmət etməyi tələb edir”. Bu barədə ABŞ-ın Helsinki Komissiyasının Twitter hesabında (https://twitter.com/HelsinkiComm/status/984445905121181696) yazılıb.
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası səslərin ilkin hesablamalarının nəticələrinə görə hazırki prezident İlham Əliyevin 86,03 faiz səs topladığını bildirib.
ATƏT, ATƏT PA və AŞPA-dan olan seçkiləri beynəlxalq müşahidə missiyası ilkin bəyanatında Azərbaycanda növbədənkənar prezident seçkilərinin həqiqi demokratik seçki kampaniyası üçün vacib olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyini bildirib.
Azərbaycan tənqidləri qəbul etmir və qərəzli sayır. Azərbaycan Mərkəzi Seçki Komissiyası, o cümlədən hökumət rəsmiləri seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?