“Misir xalqını bu siyasi çıxmazdan xilas etmək üçün ən az zərərli yolu seçmək vacibdir”
Ötən gün Misirdə baş tutan hərbi dövlət çevrilişindən sonra bu barədə açıqlamanı müdafiə naziri general Abdulfəttah əl Sisi verdi. Generalın dövlət idarəsini ələ keçirmələri barədə bəyanatından sonra çıxış üçün söz “əl-Əzhər” şeyxi Əhməd əl Tayyibə verilib. Fiqhi qaydalara görə vaxtından əvvəl keçiriləcək seçkini dəstəklədiyini deyən əl Tayyib Misirin 2 seçim qarşısında olduğunu deyib:
“Böyük Misir xalqı, Allahın salamı üzərinizə olsun. Aksiyaların nəticəsində məlum oldu ki, Misirin qarşısında 2 seçim var; indi ən şirini belə acıdır və ən təhlükəlisi də vətəndaş müharibəsi və torpağa təmiz qanların axmasıdır. İslam şəriəti qaydalarına dayanaraq deyirəm ki, Misir xalqını bu siyasi çıxmazdan xilas etmək üçün ən az zərərli olan yolu seçmək vacibdir. Hakimiyyətə qarşı çıxanlarla onu dəstəkləyənlərin heç biri güzəştə getmək istəmir. Bütün bunları görüb toplantıda qəbul olunan vaxtından əvvəl keçiriləcək prezident seçkisi qərarını dəstəklədim”.
Sorğu
Yeni dizaynımız necədir?