Ağ Evin baş həkimi və veteranlarla iş üzrə nazir postuna namizəd Ronni Cekson istefaya gedib.
Buna səbəb baş verən qalmaqal olub. Ronni qeyri-eti davranışda, sərxoş vəziyyətdə sükan arxasına keçməkdə və preparatlardan sui-istifadədə ittiham edilir.
“Politico” qəzetinin xəbərinə görə, administrasiyanın yeni həkimi Ceksonun müavini Şon Konli olacaq.
Bir müddət əvvəl senator Con Tester bəyan etmişdi ki, baş həkim iş yerində spirtli içki qəbul edib, qeyri-qanuni resept yazıb və əməkdaşlar arasında münaqişə yaradıb. Sonradan isə məlum olub ki, Ronninin 4 yol hərəkəti qayda pozuntusu var.
Qeyd edək ki, Cekson 2013-cü ildən bu postu tutur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?