İraqda şənbə günü İslam Dövləti qrupu üzərində qələbənin elan edilməsindən sonra ilk milli seçkilər keçirilir.
Hal-hazırda seçkidə hansı qüvvənin irəlidə olduğu haqqında məlumat olmasa da, seçki kampaniyası zamanı baş nazir Hayder əl-Abadi İrana yaxın olan siyasi partiyalar tərəfindən sərt rəqabətlə üzləşib.
Bu seçkilər 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi səylərlə Səddam Hüseynin hakimiyyətdən kənarlaşdırılmasından bəri dördüncüdür. İlk dəfədir ki, saxtakarlığının qarşısı alınması üçün seçkilər elekton vasitələrlə keçirilir.
İŞİD-ə qarşı müharibə nəticəsində müxtəlif ərazilərə köçürülən 2 milyondan çox insanın seçkidə iştirakı üçün müvafiq addımlar atılıb.
Bütövlükdə İraq parlamentində 329 yer üçün 12 partiyanı təmsil edən 700 namizədin mübarizə apardığı bildirilir.
Şənbə günü keçirilən seçkilərin nəticəsi növbəti 48 saat ərazində məlum olacağı gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?