Mayın 17-si homofobiya və transfobiya ilə beynəlxalq mübarizə günü kimi qeyd edilir. Bu münasibətlə hər il olduğu kimi bu il də mayın 17-də İngiltərənin Bakıdakı səfirliynin binasının önündə LGBT bayrağı qaldırılıb. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi facebook səhifəsinbdə yazıb.
"Böyük Britaniya LGBT nümayəndələri üçün bərabərliyi təşviq edən qürurlu təcrübəyə və ayrı-seçkiliyin qarşısının alınmasında və ona qarşı mübarizədə dünyanın ən güclü qanunvericilik əsaslarından birinə malikdir", - Böyük Britaniyanın səfirliyinin Facebook səhifəsində dərc edilən məlumatda deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?