Ukrayna Rusiyanı xarici həkimlərin Rusiya həbsxanasında aclıq aksiyası keçirən kino-rejissor Oleq Sentsova baş çəkməsinə icazə verməyə çağırır. Sentsovun səhhəti ilə bağlı narahatlıqlar mövcuddur.
41 yaşlı kino-rejissor Moskvanın bu ay keçiriləcək dünya futbol çempionatından öncə həbs etdiyi ukraynalı siyasi məhbusları azad etməsi tələbi ilə mayın 14-də aclıq aksiyasına başlayıb.
“Biz Rusiya Federasiyasına Ukrayna və xarici ölkə həkimlərinin ukraynalı siyasi məhbusları ziyarət etməsinə icazə verilməsi ilə bağlı müraciət etmişik”, Ukraynanın səhiyyə naziri vəzifəsini icra edən Ulana Surpun #FreeSentsov (Sentsovu azad edin) heşteqi ilə Twitter səhifəsində yazıb.
O, məktubun nüsxələrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və səhiyyə naziri Veronika Skvortsovaya göndərildiyini əlavə edib. Məktubda bildirilir ki, məhbusların sağlıq durumunun qiymətləndirilməsi üçün həkimlərin onlarla görüşməsinə ehtiyac var.
Sənədli film rejissor olan Sentsov 2014-cü ildə Krım yarımadasında Rusiyanın işğalından sonra yanğın hücumları təşkil etmək ittihamı ilə həbs edilib.
Sentsov bu ittihamları rədd edib. Lakin o, terrorizm ittihamları ilə 20 il həbs cəzasına məhkum edilib. Rejissor həbs cəzasını Rusiyanın şimalındakı ucqar bölgədə çəkir.
Rusiya siyasətçisi Kseniya Sobçak Sentsovla cümə günü video telefon bağlantısı zamanı danışdığını bildirib.
“Onun rəngi çox solğundur” , deyən Sobçak əlavə edib ki, Sentosun dişləri tökülməyə başlayıb.
Rusiyanın Penitensiar Xidməti Sentsovun “dəstəkləyici terapiya” almağa razı olduğunu bildirərək, detalları açıqlamayıb. Penitensiar Xidmət onun sağlıq durumunun “qənaətbəxş” olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?