2016-cı ilin iyulunda İrəvandakı polis alayının binasını silahlı yolla ələ keçirən “Sasna Tser” qruplaşmasının daha bir üzvü bu gün sərbəst buraxılıb.
Areq Kyureqyan başqa yerə getməməklə bağlı iltizamın qarşılığında azadlığa çıxıb. Onu İravanın Şenqavit rayon administrasiyasının məhkəmə instansiyası azad edib.
Bundan əvvəl “Çıxış” fraksiyasının deputatları Qraç Akopyan və Lena Nazaryan qiyamçının azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdilər. İyunun 5-də isə Areq Kureqyanın qardaşı Ayk Kureqyanla bağlı həbs qərarı dəyişmişdi.
Maraqlısı odur ki, sözügedən bandanın üzvləri iki il əvvəl polis polkovniki Artur Vanoyan, polis nəfəri Yura Tepanosyanın ölümünə, daha üç polisin yaralanmasına səbəb olan silahlı üsyan qaldırsalar da, Paşinyan hakimiyyəti müxtəlif yollarla Serj Sərkisyana qarşı çıxan dəstə üzvlərini sərbəst buraxır. Maraqlıdır ki, 5 iyunda banda üzvləri silahlı mübarizədən imtina etdiklərini və Nikol Paşinyan hökumətini dəstəklədiklərini bəyan ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?