BMT-nin Kimyəvi Silahların Yasaqlanması Təşkilatının bu gün açıqladığı hesabat;na görə, ötən il Suriyada qadağan edilən sarin və xlorin qazlarından istifadə edildiyi təsdiqlənib.
Təşkilat sarin əsəb qazından 2017-ci ilin mart ayının 24-də Ltamena şəhərində, xlorindən isə eyni şəhərdə bundan bir gün sonra istifadə edildiyini bildirib.
Qurum bu qənaətə şahidlərlə müsahibələr və götürülən nümunələrə əsasən gəldiyini deyib.
KSYT 2014-cü ildə faktların araşdırılmasına dair xüsusi komitə təsis edib. Komitə Suriyada kimyəvi silahlardan istifadə edilməsin dair iddiaları araşdırır. Komitənin kimyəvi silahlarla bağlı ittiham irəli sürmək mandatı yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?