Etirazçılar aksiyalarda xəsarət almış şəxsə dəstək nümayiş etdiriblər Türkiyə İstanbul şəhərinin Taksim meydanında keçirilən növbəti aksiya cəhdinin qarşısı alınıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, Taksimin İstiqlal küçəsində polisin atdığı gözyaşardıcı qaz kapslunun başında partlaması nəticəsində ağır yaralanan Berkin Elvana dəstək aksiyası keçirilib. Aksiya zamanı Elvanın ailəsi açıqlama verərkən polis etirazçı qrupa müdaxilə edib. Qrup polisin müdaxiləsindən sonra dağılışsa da, sonra yenidən toplanıblar. Polis növbəti dəfə aksiyaçı qrupa təzyiq su və gözyaşardıcı qazla müdaxilə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?