ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts Rusiyanı Amerikada qarşıdan gələn seçkilərə müdaxilə cəhdində ittiham edib.
Bunun hədəflərini də açıqlayıb.
"O ki qaldı Rusiyanın aralıq seçkilərdəki fəallığına, biz Rusiyanın Birləşmiş Ştatları zəiflətmək və parçalamaq məqsədi daşıyan genişmiqyaslı kampaniyasını görməkdə davam edirik", - deyə o bildirib.
Kouts həmçinin əlavə edib ki, ABŞ-dakı siyasi duruma təsir etməkdə digər ölkələr də maraqlıdır.
"Biz bilirik ki, təsir imkanlarına malik olan, bəlkə də təsir imkanlarını nəzərdən keçirən başqa ölkələr də var", - deyə o qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?