İran şəhərlərində artıq dördüncü gündür ki, spontan etirazlar keçirilir. İranın xəbər saytlarında və sosial mediada şənbə günü yayılan məlumatlara əsasən, nümayişçilər Tehranın qərbində şiə mədrəsələrinə hücum edib.
Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, yüzlərlə insan Tehran, İsfahan və Karac da daxil olmaqla ölkənin müxtəlif şəhərlərində nümayişlərə çıxıb. Nümayişçilər sanksiyaların iqtisadiyyata təsir edəcəyi qorxusu nəticəsində yaranan yüksək inflyasiyaya etiraz edirlər.
Birləşmiş Ştatlar bu ilin may ayında 2015-ci ildə imzalanmış İran nüvə sazişindən çıxmaq qərarı verib. Vaşinqton sazişdən çıxmaqla bərabər, İranın regional təhlükəsizliyə hədə törətdiyini deyərək, ölkəyə qarşı sanksiyaları bərpa etmək niyyətini bildirdi. Sanksiyalara əsasən 4 noyabr tarixindən etibarən bütün ölkələr İrandan neft idaxılını dayandırmalıdır.
Eitrazlar qiymətlərin yüksək olması və korrupsiya ilə bağlı şüarlarla başlasa da, tezliklə hökümət əleyhinə yürüşlər halını alır.
Tehrandan 100 km qərbdə yerləşən Eştehard şəhərindən üsyan polisi 500 nəfərdən ibarət nümayişçi qrupu dağıdıb. Etirazçıların bir qrupu polisə daş atıb.
Sosial şəbəkələrdə yayılan videoların birində Tehrandakı küçə nümayişçilərinin “diktatora ölüm” şüarları səsləndiyi qeydə alınıb.
7 avqust tarixində Vaşinqton İranın qızıl və qiymətli metal ticarətində, kömür və sənaye məhsullarının alışı zamanı ABŞ dolları əldə etməsinə qarşı sanksiya tətbiq edəcək.
Eyni zamanda sanksiyalar İranın xalça, qida və bəzi maliyyə əməliyyatlarına da tətbiq olunacaq.
Sanksiyalar səbəbilə ilin sonuna qədər İranın neft ixracının üçdə iki həcmdə azalacağı ehtimal edilir. Bu isə dünya neft bazarında gərginliyin yaranmasına səbəb ola bilər.
Sorğu
Yeni dizaynımız necədir?