Rusiya cümə axşamı ABŞ-ın sabiq rus casusunun Britaniyada zəhərlənməsi ilə bağlı Moskvaya tətbiq etdiyi yeni sanksiyaları "qeyri-qanuni" adlandırıb və Rusiyanın bu insidentdəki rolunu inkar edib.
Birləşmiş Ştatlar mart ayında Britaniyada sabiq rusiyalı casus və onun qızının zəhərlənməsinin arxasında Moskvanın dayandığı müəyyən ediləndən sonra Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etmək qərarı verib
Qadağalar tamamilə qanuna ziddir və beynəlxalq qanunlara uyğun gəlmir. 22 avqustda qüvvəyə minəcək yeni sanksiyalar elektron mallar kimi milli təhlükəsizlik baxımdan həssas əmtəənin Rusiyaya ixracına şamil olunacaq.
Kreml bu addımı “qəbuledilməz” adlandırıb. “Qadağalar tamamilə qanuna ziddir və beynəlxalq qanunlara uyğun gəlmir,” deyə sözçü Dmitri Peskov bildirib.
Sergey Skripal və onun qızı Yuliya Sovet dövründə hazırlanan Noviçok maddəsi ilə zəhərlənib. Hər ikisi sağ qalsalar da, bir neçə həftə xəstəxanada qalmalı olub.
Sergey Skripal və onun qızı Yuliya Britaniyanın Salisbury şəhərində zəhərlənmişdilər. Rəsmi London bu insidentdə rus kəşfiyyatını günahlandırıb. Sergey Skripal və onun qızı Yuliya Britaniyanın Salisbury şəhərində zəhərlənmişdilər. Rəsmi London bu insidentdə rus kəşfiyyatını günahlandırıb. İki həftədən sonra qüvvəyə minəcək sanksiyalar ABŞ-dan Rusiyaya ixrac edilməsi planlaşdırılan həssas milli təhlükəsizlik cihazlarının lisenziyalarına da öz təsirini göstərəcək.
Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ sanksiyalarını alqışladığını bildirib. Rusiya isə öz növbəsində yeni sanksiyaların əsasında "uydurmalar" dayandığını deyib.
Sorğu
Yeni dizaynımız necədir?