Rusiya və İran Azərbaycana Xəzər məsələsində güzəştə getdilər.
gundemxeber.az bildirir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Armen Aşotyan paylaşıb.
“Biz əqrəblərlə dolu bankanı xatırladan öz daxili siyasi qazanımızda qaynadığımız anlarda regionda ciddi geosiyasi dəyişikliklər baş verir. “Xəzər beşliyi” Aktauda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladılar. Bu, bizim regionda qlobal dəyişikliklər üçün bünövrə ola bilər. Azərbaycanı maksimal şəkildə qane edən bölünmə baş verdi. İndi o, Xəzərdə hasilat üçün böyük həcmli araşdırmalar apara və böyük həcmdə enerji daşıyıcısı ixrac edə bilər. Azərbaycan və Türkmənistanı birləşdirən Transxəzər qaz kəməri Xəzər ətrafındakı beş ölkənin razılığı ilə tikilə bilər. Bu vəziyyət Rusiya və İran üçün çox vacibdir. Xəzərdə üçüncü ölkənin hərbi mövcudluğunun qadağan edilməsi də Rusiya və İran üçün sərfəlidir. Faktiki olaraq Rusiya və İran Azərbaycana böyük enerji daşıyıcıları məsələsində güzəştə razı oldular və əvəzində strateji və uzunmüddətli zəmanət aldılar. Bu da de-fakto qonşularımız arasında mövcud əlaqələri gücləndirəcək. Daxili siyasi gündəmi süni şəkildə gücləndirmək bizə çox baha başa gələ bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?