Həbs olunmuş Ukraynalı kinorejissor Oleq Sentsovun hal-hazırda siyasi motivlə Rusiya həbsdə saxlanılan onlarla ukraynalının azad olunması üçün həbsxanada keçirdiyi aclıq aksiyasının 100-cü günü tamam oldu.
Sentsovu dəstəkləyənlər Avropa ölkələrindəki Rusiya səfirlikləri qarşısında aksiyalar keçirərək Sentsovun aclıq aksiyasının son və təhlükəli məhələyə keçdiyindən onun dərhal buraxılmasını tələb ediblər.
Vətəndaş cəmiyyəti fəalları və Qərb Rusiyaya Sentsovun azadlığa buraxılması üçün təzyiq göstərir. Bu cür aksiyalar Rusiyada da baş verib. Fəallar Kazan şəhərində şəhərin qədimi Kreml qalasının önündə üzərində “Sentsova azadlıq, 100 gün” adlı şüar açıblar.
Moskvanın mərkəzində, parkda 30-a yaxın etirazçı yığışaraq mahnılar oxuyub, işdən evə gedənlərə öz şüarlarını nümayiş ediblər.
Bir qadın əlində “biz bunun təkrarlanmasını istəmirik” yazısı ilə 1986-cı ildə Sovet dövründə 117 günlük aclıq aksiyasından sonra ölmüş Anatoli Marçenkonun şəklini tutmuşdu.
Polis tezliklə əraziyə cəlb olunub. OVD-İnfo-nun verdiyi məlumata görə, 10 fəal saxlanılıb.
100-cü gün
Sentsov öz aclıq aksiyasını mayın 14-də, futbol üzrə Dünya Kubokundan öncə Rusiyada insan haqlarının pozulmasına diqqət çəkmək üçün başlayıb.
Senstov Rusiyanın şimalındakı Yamalo-Nenets Muxtar vilayətindəki cəzaçəkmə koloniyasından, Rusiyanın Ukraynadakı dolayı müharibəsilə əlaqəli 64 ukraynalının sərbəst buraxılmasını tələb edib.
Rusiya səfirliyi qarşısında piket. Kiyev, Ukrayna. Rusiya səfirliyi qarşısında piket. Kiyev, Ukrayna. Bununla belə, sonrakı aylarda aclıq aksiyası dünyanın diqqətini daha da çəkərək, Rusiyanın Krım yarımadasının ilhaqı və 2014-cü ildən etibarən Ukraynadakı müharibədə dolayı iştirakı beynəlxalq müstəvidə dərinləşməsinə gətirib çıxardı.
Sentsov 2015-ci ildə iki ofis binasının girişinə atəş açmaq və Sovet dövrünə məxsus heykəlin partladılmasını planlaşdırmaqda ittiham olunaraq 20 il həbs cəzasına məhkum olunub.
Bu ayın əvvəlində Kreml Sentsovun ailəsindən gələn əvf xahişini rədd edib. ABŞ tezliklə Sentsovun işini aparmaq üçün Avropa müttəfiqləri, insan haqları qrupları və film və ədəbiyyat dünyasının qabaqcıl mədəni şəxslərinə qoşulub. 2015-ci ildə ABŞ Dövlət Departamenti iddianı "ədalətin açıq şəkildə pozulması" adlandırmışdı.
Avropa hökumətləri, o cümlədən Avropa Birliyi, Fransa və İngiltərə - Rusiya Prezidenti Vladimir Putinə bu işə müdaxilə etməsi üçün açıq şəkildə təzyiqlər göstəriblər.
Lakin Kreml xarici təzyiqə hələ də təsirsiz qalır.
Bu ayın əvvəlində Kreml Sentsovun ailəsindən gələn əvf xahişini rədd edib. Halbuki Sentsov özünü günahkar hesab etmədiyindən belə bir xahişlə çıxış etməyib.
Bu arada Sentsova məhbəsdə baş çəkən ailə üzvləri onun 30 kiloqram çəki itirdiyini xəbər verirlər. Onların dediyinə görə Sentsov ölüm aclığını davam etdirməkdə qətidir.
Həbsxana həkimləri mümkün orqan zədəsindən narahatlıqlarını ifadə ediblər.
Bəzi Rusiya rəsmiləri isə Snetsovun zorla yedirdilməsi təklifləri ilə çıxış edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?