Çinin Xarbin şəhərində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib.
Bu barədə yerli polis idarəsindən bildiriblər.
Polis idarəsinin yaydığı məlumatda deyilir: "Hazırda yanğın baş verən mehmanxananın hüquqi nümayəndəsi - Çjan soyadlı 46 yaşlı kişi - səhlənkarlıq üzrə cinayət törətməkdə şübhəli bilinərək həbs olunub. İstintaq davam edir".
Qeyd edək ki, mehmanxanada baş verən yanğın nəticəsində 19 nəfər həlak olbu, 23 nəfər isə xəsarət alıb./Trend
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?