ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Suriya hökümətinin üsyançıların nəzarətində olan İdlib vilayətində hücum zamanı kimyəvi silahdan istifadə edib-etməməsini izlədiyini bildirib. O qeyd edib ki, Suriya üsyançıları belə hücumlar keçirmək qabiliyyətinə malik deyil.
"Bizdə Suriya müxalifətinin kimyəvi silaha malik olduğunu göstərən heç bir kəşfiyyat məlumat yoxdur”, Mattis bildirib. Lakin o bildirib ki, "başqa tərəfdən, president Bəşər Əl Əsədin əvvəllər də bunu etdiyinə dair dəlil var və biz bunu yaxından izləyirik".
“Prezident Bəşər Əsəd yenidən kimyəvi silah istifadə etməyi seçsə, ABŞ və onun müttəfiqləri tez və düzgün cavab verəcəklər”, Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ rəsmiləri Suriya hökümətinin üsyançıların sonuncu istinadgahı olan şimal-qərbdəki İdlib vilayəti istiqamətində hərəkət etdiyi vaxt mümkün humanitar fəlakətlə bağlı xəbərdarlıq ediblər.
Bu ərazidə təqribən 3 milyon insan yaşayır.
BMT-nin Suriya üzrə nümayəndəsi Stefan De Mistura da “gözlərimizin önündə mümkün fırtınanın baş verə biləcəyi” haqda xəbərdarlıqla çıxış edib.
Əsəd hökuməti yeddi illik müharibə dövründə dəfələrlə kimyəvi silahdan istifadə etməkdə günahlandırılıb. Əsəd ittihamları rədd edirərək, bunun əvəzinə üsyançıları kimyəvi silahdan istifadədə günahlandırır.
Tramp administrasiyası kimyəvi hücumlara cavab olaraq, Suriya hökumətinə qarşı iki dəfə hava hücumları həyata keçirib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, prezident Bəşər Əsəd yenidən kimyəvi silahlardan istifadə etmək kimi seçim etsə, Birləşmiş Ştatlar və onun müttəfiqləri tez və münasib cavab verəcəklər", deyə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
Mattis həmçinin İslam Dövləti qrupunun İraqda kimyəvi silahlardan istifadə etmək üçün bir neçə dəfə cəhd göstərdiyini, ancaq onların "baş tutmadığını" qeyd edib.
“Xardal qazı, ya da başqa element olan qumbaralar kimi nəsə. Lakin Ağ Dəbilqələrin və BMT-nin Əsəd rejimi tərəfindən kimyəvi silahlara qadağanın pozulmasının nəticəsi olaraq gördüklərinə bənzər heç bir şey olmayıb”, deyə Mattis bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?