Türkiyədə amerikalı pastor və Qərb ölkələrinin digər vətəndaşlarının həbsi problemli ədliyyə sisteminin ölkənin müttəfəqilərlə münasibətlərində əsas yer tutmasına səbəb olub. Bu da öz növbəsində, Türkiyə hökumətinin həbs etdiyi insanlardan diplomatik vasitə kimi istifadə etmək istədiyinə dair şübhələrin daha da artmasına səbəb olub.
Türkiyə həbs edilmiş xarici ölkə vətəndaşlarına xarici siyasət vasitəsi kimi yanaşması haqda fikrə istehza ilə yanaşaraq, Amerika məhkəmələrində Türkiyə vətəndaşlarına qarşı qaldırılmış iddiaları göstərir. Türkiyənin apellyasiya məhkəməsinin hakimi bu həftə deyib ki, yalnız “müstəqil” məhkəmələr pastor Endrü Bransonu azad edə bilər.
Reallıqda isə prezident Rəcəb Tayyib Ərdoğanın 2016-cı ildə dövlətə nəzarəti gücləndirdiyi ölkədə vəziyyət daha mürəkkəbdir. Dövlət çevrilişinə cəhddən sonra minlərlə hakim və prokuror işdən çıxarılıb. Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində Ərdoğanın ədliyyə siseminə təyinatlara nəzarəti genişlənib. Bu da Türkiyənin müstəqil məhkəmə yaratmaq haqda verdiyi vədləri şübhə altına alır.
“Türkiyədə xaricilərin “girov” kimi istifadə edilmək üçün həbs edildyinə dair heç bir dəlil yoxdur və Ərdoğan həqiqətən də inana bilər ki, onlar xarici hökumətlərin xeyrinə çalışır bilər”-deyə, Vaşinqtondakı Siyasət Mərkəzində təhlilçi Niklas Danforth bildirir.
“Qərbin ehtimal olunan düşmənçiliyinə qarşı mübarizə aparmaq üçün insanları həbs edib saxlamaqla, Ankara təsəvvür etdiyi düşmənçiliyi özü yaratmış olur”, o, son bloq yazısında qeyd edib.
ABŞ-la böhran dərinləşdikcə və iqtisadi böhran ciddiləşdikcə Ərdoğan Avropa ilə münasibətlərin normallaşdırılması prosesini sürətləndirməyə ehtiyac görür. Türkiyə məhkəmələrinin bu yaxınlarda verdiyi qərarlar Avropa ilə diplomatik addımlarla üst-üstə düşdü. Aylardır saxlanan yunan əsgərlər azad edildi, Amnesty International təşkilatının Türkiyə nümayəndəsi Tamer Kılıç azadlığa buraxıldı, hakim terrorizmdə ittiham edilmiş türk əsilli Almaniya vətəndaşına qoyulmuş səfər qadağasını aradan qaldırdı.
Lakin məhkəmə ABŞ-ın sanksiyaları nəticəsində Türkiyə lirəsinin kəskin düşməsindən sonra kürd üsyançıları və 2016-cı ildə dövlət çevrilişi cəhdi törədənlərlə əlaqəsi olmaqda ittiham edilən Bransonu azad etmədi.
Bəzi təhlilçilər bunun təsadüf olmadığını düşünür.
“ABŞ-la böhran dərinləşdikcə və iqtisadi böhran ciddiləşdikcə Ərdoğan Avropa ilə münasibətlərin normallaşdırılması prosesini sürətləndirməyə ehtiyac görür”-deyə, Nyu-York dövlət universitetinin professoru Hovard Ayenştadt bildirir.
Türkiyə sərhədini keçmiş iki yunan əsgərdən biri olan leytenant Aggelos Mitretodis, polisin müşayiəti ilə Edirnədə məhkəmə zalını tərk edir, 14 avqust, 2018. Türkiyə sərhədini keçmiş iki yunan əsgərdən biri olan leytenant Aggelos Mitretodis, polisin müşayiəti ilə Edirnədə məhkəmə zalını tərk edir, 14 avqust, 2018. Professor Ayşenztadtın fikrincə, prezident Donald Trampın Bransonun işinə diqqət verməsi əks effekt yaradıb. Onun bildirdiyinə görə, bu, Türkiyə rəsmilərinin “bu adam həqiqətən də çox dəyərlidir və biz çox şey əldə bilərik” kimi fikirləşməsinə yol aça bilər.
Türkiyə həmçinin dövlətin nəzarətində olan “Halkbank”ın rəsmisi olmuş Hakan Atillaya qarşı məhkəmə işidən narazıdır. O, İrana Amerikanın tətbiq etdiyi sanksiyalardan yayınmağa kömək etmək etdiyinə görə ABŞ-da həbsdədir.
Keçən il Ərdoğan Bransonun azad edilməsi müqabilində ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin ekstradisiya edilməsinin mümkünlüyünə işarə etmişdi. Lakin hakim İsmayıl Ruştu Ciritin açıqlamaları Türkiyənin bu məsələdə suverenliyinin prioritet olduğuna dair rəsmi baxışı əks etdirir.
“İzmirdə xarici ölkə vətəndaşının həbsi və onun məhkəməsi ilə bağlı qərarları vermək üçün tək və mütləq güc müstəqil və qərəzsiz məhkəmələrdir”-deyə, hakim bildirib.
Professor Ayzenştadt İranla və Sovet İttifaqı dövründəki bəzi vəziyyətlər arasında paralellərin mövcud olduğunu deyir. “Yerli rəsmilər çox vaxt qərarlar çıxarırdı və sonra da mərkəzi hökumət bunun bəlkə daha böyük siyasətə uyğun ola bilməsi haqda qərar verirdi”, o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?