Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun xüsusi təyinatlı dəstəsinin hərəkətlərinə görə ölkə ordusunu tam döyüş hazırlığı dərəcəsinə gətirib çıxarması barədə Baş qərargah başçısına tapşırıq verib.
gundemxeber.az xəbər verir ki, bu barədə prezidentin özü bildirb.
Daha əvvəl verilən məlumata görə, Kosovonun Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin təxminən 60 döyüşçüsü sahilində “Qazivod” Su Elektrik Stansiyasının yerləşdiyi gölü ətrafında mövqe tutub. Gölə Serbiya tərəfindən nəzarət edilir.
Həmçinin bildirilir ki, Kosovanın xüsusi təyinatlı dəstəsi gölün şimalında yerləşən ekologiya və idman mərkəzinin ərazisinə girib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?