Rusiyanın Suriyaya verdiyi S-300 zenit raket komplekslərini İrandan olan mütəxəssislər idarə edəcəklər.
Bu barədə informasiyanı İsrailin “DEBKA fayl” portalı yayıb. Məlumata görə, Moskva bilərəkdən Əsəd rejiminə 2016-cı ildə İrana verdiyi S-300-lərin bənzərini verib.
Hazırda İran hərbçilərinin Suriyaya yerləşdirilməsi prosesinin aktivləşdirildiyi bildirilib. Hesab edilir ki, bununla Moskva öz hərbçilərinin təhlükəsizliyini təmin edəcək./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?