The Telegraph qəzeti yazır ki, bu, rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində “Noviçok” maddəsi ilə zəhərlənmələri ilə bağlıdır.
Avropa Birliyi xarici işlər nazirliyinin artıq bazar ertəsi müvafiq sənəd imzalayacağı gözlənir. Yeni sanksiyalar Rusiya kəşfiyyatının məmurlarını nəzərdə tutur.
Onların bank hesabları dondurulacaq və Avropa Birliyinə buraxılmayacaqlar.
Sanksiya təşəbbüsü Suriya və İngiltərədəki kimyəvi hücumlardan sonra Böyük Britaniya ilə Fransadan gəlib.
Böyük Britaniyanın xarici işlər nazirliyi qeyd edib ki, yeni sanksiyalar kimyəvi silahdan istifadə edən istənilən ölkənin vətəndaşlarına da şamil ediləcək.
London hesab edir ki, Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə birbaşa Rusiya cavabdehlik daşıyır.
Britaniya bu yaxınlarda bəyan edbi ki, bu hücumu qondarılmış Aleksandr Petrov və Ruslan Bashirov adlı adamlar törədiblər.
Araşdırmaçı “Bellingcat” qrupu isə iddia edir ki, onların əsil adları Aleksandr Mişkin və Anatoliy Cepigadır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?