GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar... - JURNALİSTİ PARÇALARA AYIRAN CƏLLADIN ADI VƏ SƏS YAZISI AÇIQLANDI

Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar... - JURNALİSTİ PARÇALARA AYIRAN CƏLLADIN ADI VƏ SƏS YAZISI AÇIQLANDI

Tarix: 17-10-2018, 14:35 Bölmə :Dünya Baxış: 342
Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar... - JURNALİSTİ PARÇALARA AYIRAN CƏLLADIN ADI VƏ SƏS YAZISI AÇIQLANDI


Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də “yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb.

“The Wall Street Journal” qəzeti adının açıqlanmasını istəməyən türk rəsmilərinə istinadən yazır ki, jurnalistə işgəncə verilməsini və öldürülməsini Səudiyyə Ərəbistanından həmin gün iki “Gulfstream” təyyarəsi ilə İstanbula gələn xüsusi cəlladlar və xüsusi xidmət əməkdaşları konsul Muhammed əl-Üteybinin gözləri qarşısında həyata keçirib.

Yenə də vurğulanır ki, Türkiyə tərəfi Xaşoginin konsulluq binasında necə işgəncəyə məruz qaldığına və öldürüldüyünə dəlalət edən səs yazısına malikdir. “Səudiyyədən gələn cəlladlar qrupu Xaşogini konsul əl-Uteybinin gözləri önündə əvvəlcə döyüb, işgəncə verib, daha sonra dərman verərək yatırdıb və elektrikli mişarla doğrayıb”-qəzet adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən yazır.

Qəzetə açıqlama verən qaynaqlar deyiblər ki, səudiyyəli jurnalist konsulluğun binasına daxil olandan sonra cəmi bir neçə dəqiqə sonra öldürülüb, əvvəl təxmin edildiyi kimi, Xaşogini dindirməyiblər.

Türkiyə tərəfi Xaşoginin necə öldürüldüyünü və cəsədinin mişarla doğrandığını əks etdirən səs yazılarını Səudiyyə Ərəbistanı tərəfinə, habelə ABŞ rəsmilərinə təqdim ediblər. Bu dəlillərə etiraz edən olmayıb. Lakin səs yazılarının necə əldə edildiyi dəqiq bilinmir.

Qəzet yazır ki, həmin səs yazısında cəlladlardan birinin konsul Muhammed əl-Üteybidən otağı tərk etməyi istədiyi eşidilir. Türkiyə mütəxəssisləri səs yazısını analiz edərək bu şəxsin Səudiyyə Ərəbistanından gələn patoloji anatomiya mütəxəssisi Salih əl-Tubaygi olduğunu müəyyən ediblər. Əl-Tubaygi jurnalistin cəsədini parçalayarkən ətrafdakılara yüksək səslə musiqi dinləməyi tapşırıb.

Bu arada Türkiyənin hakimiyyətyönlü "Yeni Şafak" qəzeti hətta həmin səs yazısından bəzi detallar dərc edib. Qəzetin yazdığına görə konsul əl-Üteybi Səudiyyə Ərəbistanından gələn cəllad qrupunun jurnalistə işgəncə verdiyi vaxt belə deyib: "Bu işi kənarda görün, mənim başıma bəla açacaqsınız".

Qrupdan biri isə konsula otaqdan çıxmağı əmr edir: "Səudiyyə Ərəbistanına geri qayıdanda yaşamaq istəyirsənsə səsini kəs, sus".

Türkiyə tərəfi jurnalistin öldürülməsində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, faktiki olaraq hakimiyyətə rəhbərlik edən Muhammed bin Salmandan şübhələnir. Çünki cinayətdə əli olanların vəliəhdlə yaxın əlaqələri var. Hadisəni araşdıran türkiyəli kriminalistlər və müstəntiqlər oktyabrı 2-də, jurnalistin sənəd almaq üçün konsulluğa getməsindən bir neçə saat əvvəl İstanbula gələn iki səudiyyəli qrup üzərində dayanıb.

Həmin qrupu gətirən və oktyabrın 2-də Ər-Riyada geri dönən “Gulfstream” təyyarələri “Sky Prime Aviation Services Ltd” adlı şirkətə məxsusdur. Səudiyyə vəliəhdi ötən il hakim ailənin üzvlərinə qarşı başlatdığı antikorrupsiya həbsləri zamanı bu şirkəti də müsadirə etmişdi. “Türkiyəli rəsmilər deyirlər ki, təyyarələrlə gələnlər arasında Velid Abdullah Əl-Şəhri və Thaar Qalib əl-Hərbi adlı şəxslər də var. Onlardan birincisinin Səudiyyə Ərəbistanın hərbi hava qüvvələrində general olduğu bildirilir. Türkiyəli rəsmilər isə bu adamın pataloji anatomiya mütəxəssisi olduğunu deyir”-qəzet yazır.

Qətərin “Əl-Cəzirə” kanalı da Xaşoginin konsulluqda necə öldürülməsi barədə bəzi detallar açıqlayır. Bildirilir ki, jurnalistin cəsədinin parçalara ayrılması 7 dəqiqə vaxt aparıb və bu işi pataloji anatomiya mütəxəssisi Salah Mohammed əl-Tubaygi həyata keçirib.

Müxalif səudiyyəli jurnalistin öldürülməsi əməliyyatında iştirak edənlərdən daha birinin kimliyi “The Wall Street Journal” qəzetinin başqa xəbərində açıqlanır. Bu, Mahir Abdüləziz Mutrebdir və vəliəhd şahzadə Muhammed bin Salmanla çox yaxındır. Qəzet arxiv görüntülərinə əsasən onun vəliəhdi Paris, Madrid, Hyuston, Boston və Nyu-York səfərlərində müşaiyət etdiyini bildirir. Mutreb vəliəhd şahazadə ilə təyyarədən yanaşı düşür və bütün təmaslarında onun yanında görünür.

Qrupun daha bir üzvü-Əbdüləziz Muhammed əl-Havsavi də vəliəhdin adamıdır. O da tez-tez Muhammed bin-Salmanla səyahət edib və bunu təsdiqləyən fotolar var. Habelə cəllad qrupunda yer alan Tahir Gali əl-Harbi də vəliəhdin sarayında xidmət edir və xidmətdə fərqləndiyinə görə medulla təltif olunub.

Türkiyə KİV-lərinin bildirdiyinə görə jurnalistin öldürülməsinə dair 11 dəqiqəlik səs yazısı mövcuddur. Jurnalistlər bu haqda daxili işlər naziri Süleyman Soyludan soruşublar. Nazir məlumatı nə təsdiq, nə təkzib edib.

Soylu deyib ki, konsulluq binası ilə yanaşı konsulun iqamətgahında da axtarış aparılmalıdır. Onun bildirdiyinə görə səudiyyəlilər binada axtarış aparılmasına razılaşıb, amma vaxt məsələsində hələlik anlaşma yoxdur.

Konsulluğun özündə aparılan axtarışda isə cinayətə dair dəlil hesab edilə biləcək predmetlər, o cümlədən kanalizasiyadan nümunələr və zibil yeşiklərinə atılan tullantılar götürülüb.

Bu arada konsul Muhammed əl-Üteybi sakitcə Türkiyəni tərk edib və Ər-Riyada geri dönüb. Türkiyə XİN bildirib ki, diplomat öz istəyi ilə gedib və ondan ölkəni tərk etmək tələb olunmayıb.

Bildirilir ki, Xaşoginin məsələsi bu gün ABŞ dövlət katibi Maykl Pompeonun Ankarada Türkiyə rəhbərliyi ilə apardığı danışıqlarda da müzakirə olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Ər-Riyadın jurnalistin yoxa çıxması ilə bağlı təhqiqata yardım göstərməsini istəyir

    Türkiyə Ər-Riyadın jurnalistin yoxa çıxması ilə ...

    9-10-2018, 12:26

  • 
  • Jurnalist Camal Kaşıkçının qətlə yetirildiyi anın səs yazısı onun “Apple Watch” qurğusuna yazılıb

    Jurnalist Camal Kaşıkçının qətlə yetirildiyi anın ...

    13-10-2018, 15:48

  • 
  • Britaniya, Fransa və Almaniya Camal Xaşuqçinin yoxa çıxması ilə bağlı etibara layiq istintaqa çağırıb

    Britaniya, Fransa və Almaniya Camal Xaşuqçinin ...

    15-10-2018, 09:36

  • 
  • ABŞ mediasından Qaşıqçı iddiası: ÖLDÜYÜNÜ QƏBUL EDƏCƏKLƏR

    ABŞ mediasından Qaşıqçı iddiası: ÖLDÜYÜNÜ QƏBUL ...

    16-10-2018, 16:53

  • 
  • ABŞ Türkiyəyə jurnalistin təhqiqatına yardım təklif edib

    ABŞ Türkiyəyə jurnalistin təhqiqatına yardım ...

    11-10-2018, 12:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu