Qaşıqçı ailəsinin adından Amerikanın CNN kanalına açıqlama verən Camal Qaşıqçının əmisi oğlu Mutasım Qaşıqçı, onun Səudiyyə Ərəbistanda tanınmış bir ailəyə mənsub olduğunu deyib.
Əmioğlunun ailəsinin ölkəsini və peşəsini ən yüksək səviyyədə təmsil etdiyini bildirən Qaşıqçı, qətiyyən müxalif biri olmadığını söyləyib. Qaşıqçı, Səudiyyəli jurnalistin ölkələri və liderləri ilə əlaqələrinin güclü və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş olduğunu dilə gətirib. Jurnalistin ailəsi və ahıl qohumlarının media orqanlarında yer alan və qeyri-rəsmi mənbələrə əsaslanan xəbərlərdən narahat olduğunu vurğulayan Qaşıqçı, "Qaşıqçı ailəsi, Camalı itkin düşən bir insan kimi qəbul edir. Bunun əksini göstərən rəsmi, ya da hüquqi bir dəlil yoxdur" deyib. Aparılan istintaqın sürətli bir şəkildə nəticələnəcəyini düşündüyünü qeyd edən Mutasım Qaşıqçı, o zamana qədər mediadan yalnız rəsmi mənbəli məlumatlar dərc etmələrini istədiklərini sözlərinə əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?