Braziliyaya səfər edən Papa Fransisk izdihamla qarşılansa da onun səfər xərclərinin çoxluğuna etiraz edənlər olub. Yüzlərlə etirazçı Vatikan Papası Fransiskin Braziliyaya səfəri ərəfəsində bu səfərin əleyhinə etiraz aksiyası keçirib. Onlar bu səfərin 53 milyon dollara başa gəlməsinə etiraz ediblər. Etirazçılardan birinin “Molotov kokteyli”ndən istifadə etməsi polis müdaxiləsinə səbəb olub. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə Rio şəhərini hökumət binası yaxınlığında, Papa Fransisklə Braziliya prezidenti arasında keçirilən görüşdən az sonra baş verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?