Ermənistan parlamentinin spikeri Ara Babloyan qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
Bu barədə Babloyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Babloyan siyasi həyatına nöqtə qoyduğunu və bundan sonra oğluna məxsus “Arabkir” klinikasında tibb sahəsində fəaliyyətini davam etdirəcəyini söyləyib.
Respublikaçılar Partiyasının seçkilərdə iştirak etməli olduğunu qeyd edən Babloyan partiyanın şanslarını qiymətləndirməkdə çətinlik çəkib. O, hazırda partiya daxilində islahatlar aparıldığını vurğulayıb./axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?