Pakistanda 'küfr' ittihamına görə həbs edilmiş xristian qadın Asiya Bibi Multan şəhər həbsxanasından azadlığa çıxıb.
Pakistan rəsmilərinin verdiyi məlumata görə, Asiya çərşənbə günü həbsxananı tərk edib, ancaq hara getdiyi barədə məlumat yoxdur. Rəsmilər əlavə ediblər ki, onun həyatına təhlükədə olduğu üçün yeri gizli saxlanılır.
Bibinin həyat yoldaşı Aşiq Məsih Amerikanın Səsinə bildirib ki, onların ailəsi İspaniya və Fransaya siyasi sığınacaq üçün müraciət ediblər. Asiya Bibinin Hollandiyaya qaçmağa məcbur olmuş vəkili Seyf-ül-Mülk xristian qadının azadlığa çıxması xəbərini təsdiqləyib, lakin onun harda olduğunu bilmədiyini bildirib.
Pakistanın Ali Məhkəməsi ötən həftə Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün 2010-cu ildə həbs edilmiş Asiya Bibi barəsindəki azadlıqdan məhrumetmə qərarını ləğv edib.
Vəkil Seyf-ül Mülk mətbuat konfransı keçirir. Vəkil Seyf-ül Mülk mətbuat konfransı keçirir. Bu qərar Bibinin öldürülməsini tələb edən islamçılar tərəfindən geniş etirazlara səbəb olub. Ali Məhkəmə hakimləri Asiya Bibiyə bəraət verib.
Bibinin həyat yoldaşı Aşiq Məsih Amerikanın Səsinə bildirib ki, onların ailəsi İspaniya və Fransaya mühacirlik üçün müraciət ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?