Gürcüstanda Prezident seçkilərinin ikinci turunun keçirilməsinə dövlət büdcəsindən 10 583 022 lari (4 mln. dollara yaxın) ayrılıb.
Vəsait seçkilərə hazırlıq, seçki subyektlərinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə xərclənəcək.
Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun keçirilməsinə 15,1 mln. dollardan çox vəsait xərclənib.
Seçkilərin ikinci turu noyabrın 28-də keçiriləcək. İkinci turda mübarizə iki namizəd - Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?