Rusiya ABŞ-ın orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını cavabsız qoymayacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdiyi müşavirədə deyib.
Bununla yanaşı o qeyd edib ki, Moskva məsələ ilə bağlı amerikalı tərəfdaşlarla dialoq aparmağa hazırdır.
“Güman edirik ki, onlar buna tam məsuliyyətlə yanaşacaqlar. ABŞ-ın sözügedən müqavilədən çıxması şübhəsiz ki, tərəfimizdən cavabsız qala bilməz və qalmayacaq”, - deyə o vurğulayıb.
Putin onu da əlavə edib ki, hazırda Rusiya istənilən raket əleyhinə müdafiə sistemini yara biləcək hiper səs silaha malikdir.
Qeyd edək ki, oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını istədiyini bəyan edib. Müvafiq sənəd 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. /oxu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?