İdmançıları pulla ələ almaq istəyən şəxsləri 10 ilədək həbs cəzası gözləyir
Rusiya Federasyasının prezidenti Vladimir Putin "danışılmış" oyunlarla bağlı qanun imzalayıb. Bu barədə “Sport-Express” məlumat yayıb.
Qanuna görə, idmançıları, məşqçiləri, hakimləri və idman tədbirlərinin təşkilatçılarını pulla ələ almaq istəyənləri 4 ilədək həbs cəzası gözləyir. Analoji cinayətə əl atan hakimlər isə 10 il müddətək həbs oluna bilər.
Bundan əlavə, yeni qanuna görə, idman yarışlarının iştirakçıları çıxış etdikləri komandalara aid mərc oyunlarında da iştirak edə bilməzlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?